23 mart 2017, Cümə axşamı
Ana Səhifə - REPORTAJ - Aprel döyüşlərinin sonuncu ŞƏHİDİ - FOTOLAR
Aprel döyüşlərinin sonuncu ŞƏHİDİ - FOTOLAR +
19.07.2016, 16:46

Vətəni qibləgah edən  şəhidlər  - XXVIII

O gənc gəlin, indi sevdiyini, başının tacını, ona sona qədər yol yoldaşı olmayan həyat yoldaşını axtaranda Sumqayıtdakı Şəhidlər Xiyabanına gedir. Qucaqlayır başdaşını, ağlayır, yaman ağlayır.
Hələ 1994-cü ildə Bakıdakı Şəhidlər Xiyabanına gedəndə də bir sarı saçlı gözəlin başdaşını qucaqlayıb ağladığını görmüşdüm. İndi Aynuru da elə gördüm. Aprelin əvvllərindəki döyüşlərdə həlak olmuş gənc sevgilisi, 4 yaşlı oğlu Aminin atası Seymur Baxışovun başdaşını qucaqlayıb ağlayırdı...

Hələ 1994-də bu şeiri yazmışdım:

Əhdinə  vəfalı gözəl,
Nə yanığlı ağlayırsan
Göz yaşınla mərmər daşın,
Ürəyinmi dağlayırsan.

 

Daşa dönmüş o şəkili
Bağrına basdığın bəsdir,
Səsini eşidən deyil,
Nə danışsan da əbəsdir.

 

Qucaqlayıb baş daşını
Tellərin yaman ağlayır.
Dərdin  köksündə hönkürür,
Diləyib aman ağlayır.

 

Bir tumara həsrət qalan,
Tellərinin tumarı yox.
Nə zamandır dərdlərinin,
Səngiməyi, xumarı yox.

 

Sevgilin daşa dönəndən ,
Daşlara saldın meylini,
Daha daşlara söylərsən,
Hər dərdini, gileyini.




Modern.az saytı "aprel şəhidləri" ilə bağlı silsilə yazılara davam edir...

Baxışovlar ailəsi ilə söhbətimin davamını evlərində etdim. Şəhid Seymur Baxışovun iyulun 12-si 29 yaşı tamam oldu. Ailə üzvləri həmin gün məzarlığa bir daha doğum gününü qeyd etməyə gəldilər. Daşla danışdılar, daşa dönmüş Vətənin bir parçasına baş əydilər.


Seymur  1987-ci ildə Sumqayıtda doğulmuşdu.  Köhnə Sumqayıtda yaşayırdı. Onların yaşadıqları 4-cü mikrorayon  əslində köhnə sumqayıtlıların yurd yeridir. Bu məhəllə və mikrorayonda yaşayan sumqayıtlılar Sumqayıtı qurub-tikənlərdirlər.  4-cü mikrorayon  həm də fəhlələrin yaşadıqları ünvandır.  Seymurun atası Qulamhüseyn kişi və anası Zemfira xanım da hərbçidirlər. Böyük qardaşı  Samir də hərbçidir. Bu ailə Azərbaycan Ordusuna könül verənlərdəndir. Ancaq indi ata-anası təqaüdə çıxıblar. Qardaşı Samir Baxışov isə bu gün də Azərbaycan Ordusunun zabitidir.  Seymur  Baxışov cəbhədən ən gec qayıdan şəhid oldu. Onu bütün Azərbayacn intizarla gözlədi.


Anası Zemfira Baxışova:

- Aprelin 3-dən sonra oğlumla əlaqə qura bilmədik. Lakin  son günə qədər, tabutu bu evə gələnə kimi ürəyimdə bir ümid, bir işıq var idi. Fikirləşirdim ki, erməni tərəf bəlkə əsir götürüb, yəqin ki dövlətimizin səyi sayəsində yaralı da olsa, qaytarılacaq...

 
Bacısı Səbinə Baxışova:

- Seymur evimizin kiçiyi idi. Ancaq sevincli anlarımızın çoxu onunla bağlıdır. Əsgərliyini çəkib gələndən sonra, 2006-cı ildə hərbi xidmətə getdi. O gündən sonra bizim də firavan günlərimiz başladı. Biz kasıb yaşamışıq. Ancaq mərd yaşamışıq. Və Seymur aldığı aylıq əmək haqqı ilə hamımızı sevindirməyə başladı. Bir də gördün ki, anama və mənə bahalı palto alıb gətirib. Böyük qardaşıma əl yetirirdi. Qazancı o qədər bərəkətli oldu ki, hamımıza çatdı. Hətta mənə ev tikməyə də kömək etdi. Seymur bizim sevinc mələyimiz idi. 
2009-cu ildə isə onu evləndirdik. Noyabrın 8-də toy elədik. Aynurla Seymura baxanda özümü lap xöşbəxt hiss edirdim. Bu iki cütlük bir-birinə qoşa göyərçinlər, qumrular kimi bağlanmışdılar.  İtkin xəbəri çıxandan sonra, qohum-əqraba, dost tanış gəlib-gedirdi evimizə. Kimsə “həlak oldu, erməni tərəfindədir hələ” deyəndə, az qalırdım həmin adamı parçalayam. Evdə hamımız havalı kimi idik.  Böyük qardaşım hərdən “özünüzü ələ alın, hazır olun...” deyəndə,  sözünü ağzında kəsirdim. Barışmaq istəmirdim, eşitmək istəmirdim.
Aprel ayının 18-də qardaşımı gətirdilər.  Ancaq tabutu açmağa qoymadılar. Xatirimdə sağ görünüşü ilə qalıb. Onu ölmüş vəziyyətdə təsəvvür edə bilmirəm. Bu gün də qardaşımın yoxluğunu qəbul etmirəm.


Anası Zemfira xanım:



- Gözüm elə qapıdadır. Elə bilirəm ki, girəcək içəri, yenə evimiz işıqla, sevinclə dolacaq. Yəqin ki, öldüyüm günə qədər gözüm onu son dəfə salamat yola saldığım qapıda qalacaq. Oğlu Amin əvəllər dəcəllik edərdi. İndi isə atasının adını çəkəndə hirslənir. Elə bilir ki, onu atıb gedib. Daha heç bir reaksiya vermir, heç kimdən soruşmur atasını. Ancaq hərdən “ana, mən şəhid oldum” mahnısını oxuyur. Bilmirəm, haradan, nə zaman öyrəndi bu mahnını. Oturub ailə üzvləri birlikdə xatirələrimizi danışırıq, bir-birimizə sual veririk ki, niyə belə oldu... Cavab tapa bilmirik.

     
Səbinə  qardaşından danışanda gözlərində bir işıq, bir sevinc oyanır. Elə bil ki, bu dəqiqə qapını açıb içəri girəcək qardaşını gözləyir. İstəmir, inanmır Seymurun yoxluğuna.


Xanımı Aynur Seymurun səs yazısını dinlədir mənə. Onunla sonuncu dəfə danışdığı səs yazısı da qalıb telefonunun yaddaşında, başqa səs yazıları da var. Təhərindən-tövründən anlayıram ki, bu taleyi kəm, bəxti yarımçıq gəlin indi Seymurun səsinə sığınıb, gecələr tək qalanda onun səsini qucaqlayır, səsini bağrına basıb, ağlayır, hönkürür... Seymur isə daha başqa heç nə danışmır. Elə aprelin 1-nə qədər dediklərini təkrar edir.


Gözlərində bir dünya kədər-qəm var. Adama elə gəlir ki, o gəlinin gözlərini sevinc birdəfəlik tərk edib.

Şəhidin xanımı Aynur:


- Cürbəcür şayiələr gəzirdi ki, Seymurun bədəni tanınmaz haldadır, bəlkə də özü deyil. Lakin mənə məhkəmə tibb ekspertlərinin çəkdikləri şəkilləri göstərdilər.  Seymurun bütün bədən əzaları yerində idi. Atılan mərmi bronjiletinin açıq olan hissələrindən sağ və sol böyrünu yaralamışdı. Aldığı yaralardan və qanaxmadan dünyasını dəyişmişdi. Buna görə çox rahatam ki, Seymurun bədənini 20 gündən sonra dövlətimiz bizə bütöv qaytarmağa müvəffəq oldu. Ancaq bilmirəm ki, aprelin 1-də nə baş vermişdisə, Seymuru yola salanda dedim ki, “mənə söz ver ki, mütləq qayıdacaqsan”, o isə “əlbəttə” söylədi. Yoldan mənə telefon mesajı da göndərdi...



Gizir Seymur Qulamhüseyn oğlu Baxışov 1994-2005-ci illərdə 14 saylı orta ümumtəhsil məktəbində oxuyub. Atası Qulamhüseyn Baxışov istəyir ki, oğlunun oxuduğu 14 saylı orta məktəb indi Seymurun adını daşısın.  
Şəhidliyindən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı indi Seymurun şəxsi əşyalarının içərisindədir. O şəxsi əşyaların içərisində  qəlpələrə sinə gərən “Azərbaycan Respublikasının vətəndaşı” pasportunun üzlüyü də var. Balaca Amin hələ bunların fərqində deyil, uşaqlar bəzən unudurlar... Amin isə incidiyindən unutmaq istəyir. Gözlədiyi atasının gəlmədiyini görüb və gözlərini yoldan çəkib. Böyüyəndə biləcək ki, indi Şəhidlər Xiyabanında uyuyan Azərbaycanın qəhrəmanlıq tarixini yazanların sırasında onun atası, heç vaxt 30 yaşını qeyd eləməyəcək Seymur Baxışov da var.


Gözləri qapıdan yığılmayan Zemfira xanım oğlundan sonra qaməti bükülən Qulamhüseyn kişi, sevgisinə həsrət qalan Aynur isə axtardıqları sualların cavabını onda tapacaqlar ki, uğrunda canları qurban gedən şəhidlərin qanı alınsın,  Vətənin bütün torpaqları  geri qaytarılsın. O zaman Xəzərlə üzbəüz yerləşən Sumqayıtdakı Şəhidlər Xiyabanında uyuyan Şəhidlərimizin də ruhu bayram edəcək!



Aida Eyvazlı

 

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
23.03.2017, 01:20

"Mövlud binanın başına iki dəfə çıxıb" - Sevinc Fədai

23.03.2017, 00:41

Baş nazir terrorla bağlı antiböhran komitəsini toplayır  

23.03.2017, 00:13

Babayan silah  qaçaqmalçılığında ittiham olundu

23.03.2017, 00:09

İran nefti bu həftə Belarusa çatdırılacaq

22.03.2017, 23:52

London terrorunu törədənin adı AÇIQLANDI        

22.03.2017, 23:32

Almaniya öz vətəndaşlarını deportasiya edir

22.03.2017, 23:26

İran “Hizbullah”ın Yəmən qanadını yaradır

22.03.2017, 23:16

İŞİD-in 180 lideri məhv edilib

22.03.2017, 22:59

Londondakı terrorda ölənlərin sayı 4-ə çatıb – Yenilənib

22.03.2017, 22:46

Bakıda idman zalına basqın olub - VİDEO

22.03.2017, 22:29

Bərdədəki qəzada ölənlərin adı açıqlandı, Yenilənib

22.03.2017, 22:21

Böyük Britaniya tarixinin ən qanlı TERROR AKTLARI

22.03.2017, 22:17

Hər gün bu səbəbdən 800 uşaq ölür

22.03.2017, 21:59

Rusiya Ukraynaya pul köçürmələrini dayandırıb

22.03.2017, 21:43

Salyanda 5 otaqlı ev yanıb

22.03.2017, 20:58

Qəzada bir ailənin iki üzvü öldü

22.03.2017, 20:43

İtaliyada sərnişin qatarı qəzaya uğrayıb

22.03.2017, 20:16

Neft 50 dollaradək ucuzlaşdı

22.03.2017, 17:56

Almaniya Türkiyəyə silah satmayacaq

22.03.2017, 17:52

İslam Həmrəyliyi Oyunlarında bilet satışına start verilib

22.03.2017, 17:30

Xəzərdə meyiti tapılan neftçinin kimliyi müəyyənləşdi

22.03.2017, 17:14

Qarabağ separatçılarının keçmiş komandiri Yerevanda həbs olundu

22.03.2017, 16:59

Bakıda 3 otaqlı ev yandı

22.03.2017, 16:51

Azərbaycanda orta aylıq əmək haqqı açıqlandı

22.03.2017, 16:43

Fuad Muradov Avropa parlamentində vacib görüşlər keçirib - FOTOLAR

22.03.2017, 15:54

"Barselona"nın sabiq prezidenti vəfat edib

22.03.2017, 15:46

Elçibəyin Krım azərbaycanlılarına ünvanladığı məktub üzə çıxdı - FOTO  

22.03.2017, 15:26

Hay ver mənə, cənab general!

22.03.2017, 15:24

Maliyyə Nazirliyinin şöbə müdiri vəfat edib

22.03.2017, 15:01

Moldova azərbaycanlıları Novruz şənliyi keçirdi - FOTOLAR

22.03.2017, 14:42

2017-ci ilin ən populyar turizm marşrutlarının adı AÇIQLANDI

22.03.2017, 14:26

Qənirə Paşayeva Tovuzun cəbhə kəndlərində sakinlərə görüşüb

22.03.2017, 13:53

Bu il 233 tələbə seçdiyi universitetə köçürülüb

22.03.2017, 13:35

Yol polisi taksi sürücülərinə XƏBƏRDALIQ etdi

22.03.2017, 13:17

Beynəlxalq axtarışda olan şəxs Gürcüstanla sərhəddə yaxalandı

ARXİV