Modern.az

Kolleclərə qəbulun nəticələri AÇIQLANDI

Kolleclərə qəbulun nəticələri AÇIQLANDI

19 İyul 2016, 18:56

Tələbə Qəbulu  üzrə Dövlət Komissiyası (TQDK) ümumi orta təhsil (9 illik)  bazasında orta ixtisas təhsili müəssisələrinə keçirilmiş müsabiqənin nəticələrini iyulun 19-da saat 18:00 - dan etibarən rəsmi internet səhifəsində yerləşdirib.

Modern.az saytı xəbər verir ki, müsabiqənin nəticələri haqqında məlumatı həmçinin Azercell, Bakcell və Nar Mobile nömrələrindən mobil telefonla abituriyentin iş nömrəsini 7727 nömrəsinə göndərməklə öyrənmək olar.

Müsabiqənin nəticələri haqqında statistik məlumatlar TQDK-nın rəsmi saytındakı müvafiq cədvəldə təqdim olunub.

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar iyulun 21-dən 29-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtinası kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.

 Müsabiqənin nəticələri haqqında statistik məlumatlar:

Təhsil forması

Qəbul planı

 

Qəbul olunub

Qəbulolma

faizi

Azərbaycan bölməsi

Rus
bölməsi

Bölmələr üzrə cəmi

Dövlət ödənişsiz

4193

3933

133

4066

96.90

Dövlət ödənişli

4486

3927

146

4073

90.57

Özəl

780

783

0

783

100.00

Cəmi

9459

8643

279

8922

94.15

 

 Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər