ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin sülhlə həllinə dair Ankarada nəzərdə tutulan görüşləri təxirə salınıb.
Modern.az saytı “RİA Novosti”yə istinadla xəbər verir ki, bu haqda Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik məlumat verib.
O qeyd edib ki, görüşün tarixi ilə bağlı dəqiqləşdirmələr aparılır.
Xatırladaq ki, həmsədrlərin Dağlıq Qarabağ danışıqları ilə bağlı Türkiyə tərəfini məlumatlandıracağı gözlənilirdi.
Modern.az