Modern.az

Bakıda iki piyadanı vuran sürücü tutuldu

Bakıda iki piyadanı vuran sürücü tutuldu

Aktual

20 İyul 2016, 12:21

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu Nərimanov rayonunda iki piyadanın vurulması ilə nəticələnən yol qəzası ilə bağlı birgə məlumat yayıb.

 Bakı şəhər Prokurorluğundan Modern.az daxil olan birgə məlumatda qeyd olunub ki, iyulun 19-da saat 14 radələrində Bakı şəhər sakini Fərid Şahmarlı idarə etdiyi “Brilliance” markalı, 01-AB-055 dövlət nömrə nişanlı avtomobillə paytaxtın Nərimanov rayonu ərazisində hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq yolu keçən piyadalar - Qiymət İbrahimova və Xədicə Kərimovanı vuraraq qaçıb, nəticədə Q.İbrahimova aldığı xəsarətlərdən hadisə yerində vəfat edib, X.Kərimova isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Faktla bağlı Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. 

Paytaxtın hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yol nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

 

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir. 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir