Modern.az

Sabahın hava PROQNOZU - Gün altında qalmaq təhlükəlidir!

Sabahın hava PROQNOZU - Gün altında qalmaq təhlükəlidir!

20 İyul 2016, 12:52

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti günəşli olacaq, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeronda gecə 23-27 dərəcə isti, gündüz 34-38 dərəcə, bəzi yerlərdə 40 dərəcəyədək isti, Bakıda gecə 24-26 dərəcə isti, gündüz 37-39 dərəcə isti olacaq. 
Atmosfer təzyiqi normadan aşağı 757 civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24 dərəcə, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 26-27 dərəcə isti olacağı gözlənilir.


Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-27 dərəcə isti, gündüz 35-40 dərəcə, bəzi yerlərdə 42 dərəcə isti, dağlarda gecə 16-21 dərəcə isti, gündüz 28-33 dərəcə isti olacaq. 

Tibbi-meteoroloji xəbərdarlığa görə, iyulun 21-də Bakıda və Abşeron yarımadasında anomal isti hava şəraiti fonunda gündüz zəif cənub-şərq küləklərinin üstünlüyü əksər əhali üçün əlverişsizdir. Uzun müddət qızmar günəş altında olmaq məsləhət deyil.


Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir