Modern.az

Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin idarəçiliyinə VERİLDİ - YENİLƏNİB

Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin idarəçiliyinə VERİLDİ - YENİLƏNİB

Təhsil

20 İyul 2016, 16:15

Xəbər verdiyimiz kimi Azərbaycan Təhsil Nazirliyi Qafqaz Universitetinin bağlandığını bəyan edib. Bildirilib ki, universitetin təsisçisi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət edərək, bu gün onun bağlanması haqqında qərar qəbul olunduğu barədə məlumat verib.

 
Nəhayət Qafqaz Universitetinin təsisçisi məsələyə aydınlıq gətirib.


Qafqaz Universitetinin təsisçisi olan SOCAR-ın nəzdindəki Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin bununla bağlı açıqlamasında təhsil ocağının sonrakı taleyi barədə məlumat verilib.


Modern.az saytı xəbər verir ki, SOCAR-ın vitse-prezidenti Xalik Məmmədovun bildirdiyinə görə, Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin bugünkü qərarı ilə Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilib.


“Tələbələr təhsilini olduğu kimi davam etdirəcək, müəllim və pedoqoji heyət də fəaliyyətini davam etdirəcək”.


Xalik Məmmədov Modern.az saytına bildirib ki, universitet binası öz yerində qalacaq, tələbələr də təhsillərini elə orada davam etdirəcək...


***

Bakı Ali Neft Məktəbi dməsələ ilə bağlı açıqlama verib.

Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən açıqlama deyilir:

“Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin qərarı ilə Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin (BANM) idarəçiliyinə verilib.

Qərara əsasən, Qafqaz Universitetinin tələbələri ali təhsilini, professor-müəllim heyəti isə elmi və pedaqoji fəaliyyətini BANM-də davam etdirəcək. Qafqaz Universiteti BANM-in idarəçiliyi ilə fəaliyyət göstərəcək”.
 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir