Modern.az

Milli Məclisin deputatları Türk şəhidliyini ziyarət etdi

Milli Məclisin deputatları Türk şəhidliyini ziyarət etdi

28 Oktyabr 2009, 14:01

Şəhidlər xiyabanında 1918-ci ildə Bakının azad olunması uğrunda gedən döyüşlərdə həlak olmuş türk əsgərlərin xatirəsinə ucaldılan abidə ətrafına bayraqların qaytarılması prosesi başa çatandan sonra bu gün səhər saatlarında Milli Məclisin iki deputatı şəhidliyi ziyarətə gəlib.
Modern.az xəbər verir ki, deputatlar Gültəkin Hacıbəyli və Məlahət İbrahimqızı Türk şəhidliyinə gələrək şəhid mehmetciklərin abidəsi üzərinə gül qoyublar.
Qeyd edək ki, hazırda Bakıda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti də Azərbaycan parlamentarilərilə birgə Türk şəhidliyini ziyarət edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?