Modern.az

Ərdoğan çevriliş cəhdinə görə kəşfiyyatı günahlandırdı

Ərdoğan çevriliş cəhdinə görə kəşfiyyatı günahlandırdı

21 İyul 2016, 01:00

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə kəşfiyyatçılarını dövlət çevrilişi cəhdinin qarşısını ala bilmədikləri üçün günahlandırıb. Modern.az bildirir ki, bunu dövlət başçısı “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində deyib.

 

“Əgər kəşfiyyat yaxşı işləsəydi, çevrilişə cəhdin qarşısını almaq olardı. Bizim bəzi adamlara qarşı müəyyən şübhələrimiz var idi, ancaq biz onlarla bağlı ölkədə qüvvədə olan qanunvericiliyə görə sərt tədbirlər qəbul edə bilmədik”, - Ərdoğan bəyan edib.

 

Xatırladaq ki, bundan əvvəl Türkiyənin Mili Kəşfiyyat Təşkilatının (MİT) dövlət çevrilişinə cəhdə bir neçə saat qalmış hərbçilərə bu haqda xəbərdarlıq etməsi xəbəri yayılıb. Bu səbəbdən üsyançılar öz planlarını korrektə edərək hərəkətə nəzərdə tutulan vaxtdan tez başlayıblar. Bununla belə, rəhbərlik belə qərara gəlib ki, dövlət çevrilişinə cəhdin vaxtında qarşısı alınmadığı səbəbindən 100-ə yaxın əməkdaşı işdən uzaqlaşdırıb.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir