Modern.az

Erməni millətçiliyinin yaranması və “Nizamname-i Millet-i Ermeniyan”   

Erməni millətçiliyinin yaranması və “Nizamname-i Millet-i Ermeniyan”   

21 İyul 2016, 10:39

Professor Qafar Çaxmaqlı

 

Erməni milliyyətçi axınlarının, cərəyan və qruplarının, dünyagörüşünün  irqçiliyə çevrilməsi prosesi əlbəttə bir günün içində olmayıb.

 

Bələ hesab etmək olar ki, erməni milliyyətçiliyinin əsasını İsrael Ori qoyub.  Onun bir Erməni Planı  olub. Ori, Erməni azadlıq planının Rus yanlısı xəttini  yürüdən ilk lider idi.

 

Moskvaya gəldikdən sonra I  Pyotr ilə görüşwb və ona Syunik  erməni məliklerinin  məktubunu  təqdim edib. 

 

Məktubda məliklər

"başqa ümidimiz yox, Allah və yurdunuzdan başqa" deyə yazmışdılar.  

 

I Pyotr bu kömək tələbinə müsbət cavab verib və Rusiyanın İsveçlə müharibəsinin bitməsindən sonra erməni xalqına kömək edəcəyinə söz verib (amma bu  müharibə  yalnız1722-də, Orinin de ölümündən (1711)sonra bitəcəkdi).
I Pyotrun  Qafqazda  başqa planları var idi. 

 

Hələ 1701-ci ildə Ermənistana  bir missiya göndərmişdi, Osmanlı və Səfəvi imperiyalarına bir səfər-yürüş edilməsi ilə əlaqədar oradakı Katolikoslara məktublar yollayaraq gizli planlarından onları xəbərdar etmiş və müharibə olarsa onlardan dəstək verib verməyəcəklərini soruşmuşdu, amma bundan bir nəticə çıxmamışdı .  

 

Yalnız Erməni Kilsəsi dərhal ona cavab yazarak bu işin sürətlənməsini istəmişdilər. Ori bu yolla ermənilərə müstəqillik alacaqlarına əmindi və bu işi görmək üçün ermənilərin toplu halda yaşadıqları yerlərdə təbliğat işi aparmağa üstünlük verirdi.

 

Ori Rusiya sarayına konkret bir plan təklif edirdi: Erməni və Gürcü xalqlarının azadlığa qovuşması üçün Qafqaz üzərindən 25.000 nəfərlik bir rus ordusu, 15.000 nəfərlik kazak atlısı və 10.000 piyada lazım olacaqdı. Atlı birliklərin Cənubi Qafqaza çatması üçün Daryal keçidindən geçmesi lazım olacaqdı, piyadaları isə Xəzər dənizindən- Həştərxandan gəlməsi ehtimal edilirdi.. Rus qoşunları erməni və gürcü hərbi birlikləri ilə  bir nöqtədə birləşəcəkdilər.

 

Bu plana görə Cənubi Qafqaza gediş üçün lazım olan hazırlıqların  görülməsinə icazə lazım idi. Vəziyyətin araşdırılması, yerli xalqın dəstəyinin əldə edilməsi, yollar və qalalar haqqında məlumat əldə etmək üçün Orinin başında olacağı xüsusi bir birliyin İrana yollanmasına qərar verdilər. Şübhə çəkməmək üçün Ori Şah Hüseynin səlahiyyətlilərinə, Romadakı Papa tərəfindən göndərildiyini, İrandakı xristianların vəziyyəti haqqında məlumat əldə etməyə gəldiyini söyləcəkdi.

 

Bu vaxt fransız elçisi və missionerlər, Rusiyanın Ermənistana siyasi müstəqillik almaq  məqsədi qoyduğunu və Orinin Ermənistan padşahı olmağa niyyətli olduğunu Şaha xəbər verirlər. Ancaq Şah bu qədər əhəmiyyətli bir elçini geri çevirməyə cəsarət edə bilməzdi, onu qarşılayır. 1709-da Ori İsfahana çatır və oranın yerli siyasi  şəxsləri ilə müzakirələr aparır. Ancaq I Pyotrun İranı zəbt edib Gürcüstan və Ermənistanı işğal edəcəyi ilə bağlı söz-söhbətlərə Şah, xəyanət etməməsi üçün Gürcüstan valisini güvəndiyi bir başqasıyla dəyişdirir. İsrael Ori, 1711-ci ilde İrandan Rusiyaya geri dönərkən yolda  öləndən sonra bu işin arxasınca gedən olmayıb.

 

İndi ermənilər yana- yana deyirlər ki, Ori rusların vasitəsi ilə  bağımsız erməni dövləti yaratmağa yaxın idi. Amma yenə onun Həştərxanda ani  ölümünü təsadüfə bağlamırlar.   Oridən sonra erməni milliyyətçiliyi üçün xidmət göstərən sivaslı Mxitar və onun davamçıları olmuşlar.

 

Mxitaristlərin Venesiyada  təməlini qoyduqları Erməni milliyyətçiləri  isə elə əvvəldən xəstə xəyallarla yaşayırdılar. Onların irqlə əlaqədar nəzəriyyələrinə görə, ermənilər daha üstün bir irqdən gəlirdi. Nasistlər və onların  irqçiliyi II Dünya  Müharibəsi əsnasında, bənzəri görülməmiş bir  miqyasda qırğınlara yol açmışdısa, erməni irqçiliyi daha əvvəllərdən bu yola düşmüşdü. Adını erməni xalqının milli azadlıq  mübarizəsi qoyaraq digər xalqları yox etmə siyasətini aktiv şəkildə yürütməyə  girişərkən fərqində olmadılar ki, gələcəkdə bu bəladan xilas olmaq çox çətin ola bilər.  İsrael Ori  ilə başlayan və xarici güclərə bel bağlayaraq nəyəsə nail olmağı özünə hədəf seçən erməni milliyyətçiliyi və bu sahədə yürüdülən siyasət şübhəsiz ki, erməni milliyyətçiliyinin inkişafıa öz təsirin i göstərib. 

 

Erməni milliyyətçiliyi tarixi  İmperializmlə işbirliyi, onların siayətini həyatakeçirmə, əməkdaşlıq tarixidir.  Mxitaristlərin dil və tarixlə ilgili çalışmalarının nəticəsi olarak ermənilərdə bir hürriyyət sevdası oyanıb.

Osmanlı erməniləri arasında Qərbliləşmə və islahat hərəkətlərinin başlanğıcı 18-ci əsrin ilk illərinə aiddir.  

 

Elə həmin sivaslı Mxitar liderliyində 1701-ci ildə İstanbulda başlayan islahat hərakatı, qız və oğlanlar üçün müasir məktəblər açılması, qədim Kilsə Ermənicesi yerinə İstanbul xalq dilinə əsaslanan yeni yazı dilinin inkişaf etdirilməsi, Qərb dillərindən kitablar çevrilməsi və islahatlara müqavimət göstərən Kilsə rəhbərliyinə qarşı qeyri-siyasi təşkilatlanmaların qurulması erməni milli ideologiyasının da formalaşmasına təsir edirdi. Zaman- zaman sərt mübarizələrə səhnə olan islahat hərəkatı, 1860-dən Padşah Abdülməcid tərəfindən Erməni Milləti Nizamnaməsi ilə reallaşdı. Bu nizamnamə ilə qurulan Erməni Millət Məclisi Osmanlı dövlətindəki ilk təmsili parlament orqan xüsusiyyətində olub, 1876 Qanun-u Esasi ilə qurulan Osmanlı Mebusan Məclisinə də nümunə təşkil edib.

 

Erməni toplumu  Osmanlı Dövləti içində "ərköyün uşaq" statusundaydı. Ermənilər Osmanlı inzibati sistemində digər qeyri- millətlər kimi, bir çox məsələdə mərkəzi dövlətin yarı muxtar bir quruluşu haqlarına  sahib idi. Erməni və Rum Patrikleri iki xalqın “millət başı'” ünvanına sahib idilər.

 

Tənzimat dövrünə qədər patriklərin vəzifəyə gətirilməsində xalqın irəli gələnləri söz sahibi idi, ancaq erməni Konstitusiyasının hazırlanma prosesində nəzərdə tutulan dəyişikliklər, patriğin seçki ilə iş başına gəlməsini təmin edəcəkdi.

 

Patriklərin dini səlahiyyətləri ilə birlikdə, millətlərinin rəhbərliyində də əhəmiyyətli  dərəcədə vətəndaş səlahiyyətləri də var idi. Bir çox erməni təşkilatının rəhbərliyi birbaşa patriğin məsuliyyətialtına alınmışdı, yəni onlarınfəaliyyətindən Patrik şəxsən məsul idi.. Patriarxiat eyni zamanda 19-cu əsrin sonuna qədər qatı bir senzura təşkilatı funksiyasını də boynuna götürmüşdü.

 

Sultan, erməni millətinin vergilərinin bir hissəsini patriklik vasitəsilə toplardı. Patriarx və müəyyən sayda adamlar  vergidən  azad idilər. Patriklik Osmanlının müxtəlif bölgələrinə  dini vəzifəlilərin atanmasından da məsul idi.  Bu yetkilərin verilməsi patrikxanasına  erməni ideolojisini də formalaşdırmaq imkanları yaradırdı.

Patriarxiat zaman içində nüfuzlu və maliyyə cəhətdən qazanclı bir mövqe halına də gəlmişdi. Əvvəl "Çələbi", "müəllim", 18-ci əsrdən etibarən isə "Amira" olaraq adlandırılan erməni irəli gələnləri patriarxiat ilə əlaqələrini sıxlaşdırmışdılar. Dövlət adına vergi yığan, dövlətə borc verərək sərraflıq edən, orduya iaşələri təmin edən, saray memarlığında, dövlətin xarici işlərində  əhəmiyyətli vəzifələri boynuna götürən amiralar, Patriarxiyaların qərar mexanizmlərində iştirak etməyə başlayır və zaman içində millətin idarəsində suveren hüquqlar da almışdılar. Bu, Osmanlı dövlətində ermənilərin heç bir hüququ yoxdu- deyənlərə ən yaxşı cavabdır.Erməni Patriarxiatlığına  mütəşəkkil olaraq qatılan, vəzifə alan ikinci vətəndaş qrupu isə "esnaflar"dı. İstanbul, Ərzurum, Van, Doğubayazıt kimi bir çox mərkəzlərdə erməni iş adamları və tacirlər ordusu yetişmiıdi.  Onlar dövlətə və patriarxiat idarəsinə  külli miqdarda vergi ödəyirdilər.. Esnaflar da müddətdə rəhbərlikdə də iştirak etməyə başlayırdılar.

 

Erməni Patriarxının  idarəçiliyində  iştirak edən üçüncü vətəndaş qrupu isə Avropada təhsil almış gənc ziyalılardı . İlk qrupu 1843-cü ildə Romaya, 1840-1848-isə Parisə gedən varlı ailələrin uşaqları Avropa siyasi sistemləri və qabaqcıl düşüncələri ilə tanış olaraq  və 1850-ci illərdə təhsillərini tamamlayaraq İstanbula geri dönərkən artıq azadlıq müdafiəçisi  kimi çıxış edirdilər.

 

Erməni mərkəz idarəsi, məktəbləri və erməni dilinin müasirləşdirilməsi  bu gənclərin  daim gündəmə gətirdikləri əsas mövzulardan idi. 

 

Onlar həm də Amiraların patriarxiat üzərindəki özbaşına rəhbərliyinə üsyan edər, erməni cəmiyyətinin geriyə aparıldığını iddia edər, Bu müzakirələr nəticəsində Patrikliğin dövlətlə, Patrikliğin Erməni təşkilatları ilə münasibətləri mübahisə mövzuları idi.  Nəticədə erməni milləti 1844-cü ildə Amira və Esnaflardan ibarət Qarışıq Məclis yaratmışdı, 1847- ci ildə isə  bu, Vətəndaş və Ruhani Məclisi adlanmağa başladı.

Həştərxanda 1856-cı ildə  Osmanlı  islahat Fərmanı hər millətin inzibati quruluşunda yeni tənzimləmələr edilməsini nəzərdə tuturdu. Hər millət bir komissiya quracaq, öz daxili işlərini təşkil etmək üçün bir nizamnamə hazırlayacaktı.  Həmin il Erməni Ümumi Məclisi tərəfindən bir Konstitusiya Komitəsi yaradılır. Bir il boyunca  çalışılan mətn 1857-də Məclis tərəfindən qəbul edilir, ancaq bu mətn "dövlət içində dövlət olmaz"  prinsipi ilə təsdiq edilmir. Hazırlanan ikinci qaralama mətndə Erməni millətinin təzyiqi ilə 1860-ci ildə  qəbul edilir. Mövcud bütün təşkilatlar ləğv edilərək yeni  Anayasaya uyğun yeni təşkilatlar yaradılır və bu sənəd  "Nizamnamə-i Millət-i Ermeniyan" adıyla təsdiq edilir.1860 Erməni Konstitusiyası beş bölüm, doxsan doqquz maddədən ibarət idi. Erməni Patriği, Siyasi Məclisi və Dini Məclisi seçəcək bir Milli Məclis nəzərdə tutulurdu. Milli Məclis, İstanbul və Osmanlı əyalətlərindən seçilən yüz qırx nümayəndədən  meydana gəlirdi. İstanbul nümayəndələri vergi ödəmiş ( fiziki şəxs) seçicilərin ümumi sayına, əyalətlərdə isə əhali nisbətinə görə təyin olunurdu.

 

29 Mart 1863-cü ildə ermənilərin Osmanlı İmperatorluğundakı vəziyyətini daha da gücləndirən, onlara bəzi əlavə imtiyazlar tanıyan və özlərini idarə etmək  mənasında muxtariyyəti  verən "Nizamnamə-i Millət-i Ermeniyân" qüvvəyə mindi. Ermənilər üçün daha əvvəl mövcud olan hüquqlara əlavə olaraq bir çox yeni  haqqları ehtiva edən bu nizannamə, islahat fərmanı müddəalarına uyğun olaraq, əsrlərdən bəri dövlətin “ən sadiq təbəəsi” olaraq qəbul edilən ermənilərə verilən bir mükafat idi.

 

Və bundan bütün ermənilər məmnun qalmışdılar. ermənilərə "dövlət içində dövlət", "rəhbərlik içində rəhbərlik" deyilə biləcək qədər imtiyazlar tanınırdı. Bu dövrdə, Gregoryen Ermənilər İstanbuldakı patriklərinin idarəsində 26 Yepiskoposluk dairəsində yaşayırdılar, əksəriyyəti şəhərlərdə olan Katolik Ermənilər isə, bir Patriarx rəhbərliyində 13 Yepiskoposluk dairəsi təşkil edirdilər. Bütün tanınan haqq və imtiyazlardan istifadə edən ermənilər, bu nizamnamə ilə bir növ konstitusiya hüququna sahib olmuşdular,  bundan istifadə edərək ermənilər daha da  təşkilâtlandılar; məktəblər açdılar; qəzet və jurnal çıxardılar. Ermənilərin siyasi və ictimai varlıqları üzərində yeni bir dövr açan "Erməni Milləti nizamnaməsi" dən istifadə edən patriarxiat, adı çəkilən nizamnamənin verdiyi sərbəstlikdən istifadə edərək erməni milli ideolojisinin formalaşmasına yardımlarını etməyə başaladı. Ermənilər biundan daha da şirniklənərək hətta basqılarla muxtar bir qurum da yaratmağın o qədər də çətin olmayacağını düşündülər. Bunun üçün erməni ziyalııları milləti bu mübarizələrə hazırlamaq  fikri ilə milli təşkilatların , mətbuatın və erməni ideoloji mərkəzlərinin yaradılmasına üstünlük verdilər. Həmişə olduğu kimi bu işə rəhbərliyi Erməni Kilsəsi öz üzərinə götürmüşdü.

 

"Erməni Milləti Məclisi Umumiyesi" milliyətçilik toxumları sepirdi. Eyni ildə İstanbulda fəaliyyətə keçən və ilk Erməni quruluşu olan "Köməksevər cəmiyyəti" yardımdan  daha çox, gizli üsyanların planını  cızmaqla məşğuldu. Milliyyətçilik ən çox Osmanlının Xristian vətəndaşları arasında diqqətə çarpan hala gəlmişdi və “bunlar Qərbin mədəni və iqtisadi inkişaflarıdır” təsiri  bağışlayırdı. Beləcə nə İslamçı görüşlər nə də dövrün ənənəvi düşüncəsi olan panislamist meyllər bunları arxa plana keçirə bilmirdi, onlar fəal siyasət aparmaqla ətraflarına demək olar ki, bütün qeyri- müsəlmanları cəlb edə bilirdilər, ən azından onların da simpatiyasını qazanmışdılar.  

 

Ermənilər əsrlərdir yan-yana yaşadıqları cəmiyyət qarşısında, öz mənfəətlərini dini anlayışlarla deyil, milli anlayışlarla ifadə edirdilər. Artıq Erməni cəmiyyətləri qəzetlər nəşr etmək və bu yolla milləti bir araya gətirmək istəyirdilər. Türkiyədə mətbuat və mətbəəçilik sahəsində monopoliya  quran xaricilər Ermənicə çıxan qəzetləri az qala pulsuz çap edirdilər.

 

Mətbəəçilik və mətbuat işinə ermənilər böyük əhəmiyyət verirdilər. 1857-ci ildə “Van qartalı” adlı qəzet nəşr başlarkən bu bölgədə yaşayanların çoxu oxuma-yazma belə bilmirdi. Bu qəzetdə və "Vaspurakan" adlı digər məcmuədə Erməni şəxsiyyəti və erməni gələcəyi haqqında yazılar verilirdi. Bu qəzetlərdə ''Müstəqil, türklərin yaşamadığı Ermənistan'', "Dənizdən dənizə Böyük Ermənistan ", "Ermənilərin bu torpaqlara sahiblik haqqı " vəb. mövzularada yazılar verilirdi. Ən çox yer alan yazılar içərisində  “üstün Erməni şəxsiyyəti” barədə çıxan yazılardı. Yaratdıqları siyasi təşkilatlar bu irqçi təməl üzərində qurulurdu. Armenakan, Hnçak və Daşnak partiyalarının nümunəsində bu irqçiliyin işarələrini görməmək qeyri-mümkündü. O illərdə Osmanlıda nəşr olunan 26 qəzetdən 9-u Ermənicə idi. Onlardan biri, həddindən artıq milliyyətçi xətti ilə bilinən “Armeniya” qəzeti açıq şəkildə erməniləri qiyama, türkləri və kürdləri öldürməyə səsləyirdi. "Erməni Məsələsi" və Beynəlxalq Diplomatiya'' kitabının müəllifi Ağası Yesayan da yazırdı ki, bu (Taşnaksütyun) partiyanın proqramında düşmən (yəni Türk) ordusunda xidmət etmiş erməni əsgərlərdən faydalanmaq, Türk Ordusunu arxadan vurmaq, müxtəlif yollarla əldə edilmiş silahları xalqa paylamaq və xalqı qiyama qaldırdırmaq, silahlı üsyan və inqilab çağırıları vardı. "Komitənin (Daşnak Komitəsi) proqramı üsyan yolu ilə « Türkiyə Ermənistanı » na siyasi və iqtisadi azadlıq qazandırmaqdı. Komitənin 1892-ci ildə edilən Baş Məclisində qəbul edilən proqramının 8-ci maddəsi hökumət dairələrində dağıtmağı, insanları öldürməyi, sərvətlərini yağmalamağı ön görürdü ".

 

Bu bir erməni araşdırmaçının yazdıqlarıdır.  Bu artıq mono milliyətçilik meylləri idi və ermənilər bu hərəkata hələ XIX əsrin 60-70-ci illərindən başlamışdılar. Mono milliyyətçilik tək millətli cəmiyyətin hədflənməsidir, azlıq və etnik ünsürlərə şəxsiyyətlərini  qorumaq haqqı verilməməsidir, etnik təmizliyə  gedərək öz içindən digər ünsürləri çıxararaq onları depotasiyaya məruz qoymaqdır. Bu düşüncə və siyasət indiki Ermənistan Respublikasında həyarta keçirilmişdir. O burada yaşayan Azərbaycan türklərini, kürdləri, yəhudiləri, rusları, ukraynalıları və başqalarını çıxararaq monoetnik dövlətə çevrilib.

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir