Modern.az

Almaniya millisinin oyunçusu öz komandasına qayıtdı

Almaniya millisinin oyunçusu öz komandasına qayıtdı

Aktual

29 Avqust 2015, 13:04

Dortmundun “Borrusiya” futbol klubu Almaniya millisinin yarımmüdafiəçisi Mario Getsenin Münhenin “Bavariya” klubundan qayıtdığını elan edib.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, tərəflər 4 illik müqavilə imzalayacaqlar.

 

24 yaşlı Qetse 2013-cü ildən “Bavariya”da çıxış edir.

 

O, həmin klubla 3 dəfə Almaniya çempionu olub, 2 dəfə ölkə Kubokunu qazanıb.

 

Qetse 2014-cü ildə Almaniya millisinin heyətində final oyununda Argentinaya qarşı oyunda qələbə topunun müəllifidir.

 

Münhenlilər 2013-cü ildə Qetseyə görə “Borrusiya”ya 37milyon avro ödəyiblər.  

 

Qeyri-rəsmi məlumata görə, Dortmund klubu yarımmüdafiəçi üçün indi 25 milyon avro xərcləyəcək.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür