Modern.az

"Şəhidlər" məscidinin qarşısındakı bayraqlar hələ yerinə qaytarılmayıb

"Şəhidlər" məscidinin qarşısındakı bayraqlar hələ yerinə qaytarılmayıb

28 Oktyabr 2009, 14:23

Şəhidlər xiyabanındakı şəhid türk əsgərlərinin abidəsi ətrafından çıxarılan bayraqlar oktyabrın 27-dən 28-nə keçən gecə öz yerinə qaytarılsa da, Türkiyənin Azərbaycandakı səfirliyinin Dini Xidmətlər Müşavirliyinin qarşısındakı Azərbaycan və Türkiyə bayraqları hələ bərpa olunmayıb.
Modern.az-ın bu gün səhər Şəhidlər Xiyabanına baş çəkən əməkdaşı Türk şəhidliyində bərpa olunan Azərbaycan və Türkiyə bayraqlarını müşahidə etdikdən sonra yaxınlıqdakı "Şəhidlər" məscidinin qarşısına da diqqət yetirib. Məlum olub ki, Türkiyənin Azərbaycandakı səfirliyinin Dini Xidmətlər Müşavirliyinin qarşısındakı Azərbaycan və Türkiyə bayraqları hələ öz yerinə asılmayıb.

Xatırladaq ki, həmin ərazidə yerləşən "Şəhidlər" məscidinin qarşısındakı bir Azərbaycan və bir Türkiyə bayrağı oktyabrın 21-də götürülüb. Şəhidlər Xiyabanında mehmetciklərin şərəfinə ucaldılmış abidənin ətrafındakı bayraqlar isə oktyabrın 15-də yığışdırılmışdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər