Modern.az

“Qəbələ” Avropa Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanıb

“Qəbələ” Avropa Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanıb

21 İyul 2016, 23:03

Bu gün Avropa Liqasında II təsnifat mərhələsinin cavab oyunları keçirilib. Modern.az saytı xəbər verir ki, Azərbaycan təmsilçisi "Qəbələ" bu mövsüm turnirdə dördüncü matçına çıxib. “Qəbələ”nin rəqibi isə Macarıstanın MTK (Budapeşt) komandası olub. Oyunun 7-ci dəqiqəsində Sergey Zenyov “Qəbələ”nin ilk qolunu vurub. "Qəbələ"nin futbolçusu Uiks 37-ci dəqiqədə komandasının ikinci qolunu vurub.

Qarşılıqlı hücumlar şəraitində keçən ikinci hissədə isə tablodakı rəqəmlər dəyişməyib.

Qeyd edək ki, bu komandalar arasında keçirilən ilk oyun “Qəbələ”nin 2:1 hesablı üstünlüyü ilə başa çatıb.

İki oyunun nəticəsinə görə (4:1) "Qəbələ" Avropa Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanıb.

Bu mərhələdə komandamızın rəqibi Fransanın adlı-sanlı "Lill" klubu olacaq. İlk oyun iyulun 28-də səfərdə, cavab görüşü isə avqustun 4-də Bakıda olacaq.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır