Modern.az

Ərdoğan növbəti dəfə çevrilişə cəhdin olacağını anons etdi

Ərdoğan növbəti dəfə çevrilişə cəhdin olacağını anons etdi

22 İyul 2016, 09:35

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə dövlət çevrilişinə növbəti dəfə cəhd ola biləcəyini istisna etməyib.

 

Modern.az “Reuters”ə istinadən xəbər verir ki, Ərdoğan hakimiyyətin bu təhlükəli riski nəzərə aldığını bildirib.

 

Onun sözlərinə görə, hakimiyyət hər bir şeyə hazırdır.

 

Ərdoğanın fikrincə, yeni dövlət çevrilişi cəhdinin iştirakçıları öz məqsədlərinə çata bilməyəcək.  

 

O, bunu hakimiyyətin ayıq-sayıqlığı ilə əlaqələndirib.

 

Türkiyə lideri iyulun 15-də hərbi çevrilişə cəhd ölkə kəşfiyyatında (Milli İstihbarat Təşkilatı) bir sıra boşluqların olduğunu da üzə çıxarıb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir