Modern.az

Kür çayında batmış qadının meyiti TAPILDI

 Kür çayında batmış qadının meyiti TAPILDI

22 İyul 2016, 09:42

 

Kür çayında batmış qadının meyiti tapılıb.

 

Bu barədə Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.  

 

Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Kür çayının Sabirabad rayonu, Muradbəyli kəndi ərazisindən axan hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

 

Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 1981-ci il təvəllüdlü, İsgəndərova Almaz Alməmməd qızının cəsədi batdığı yerdən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Əməliyyat saat 08:35-də başa çatıb.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir