Modern.az

Türkiyədə terroristlərlə atışmada 3 polis şəhid oldu

Türkiyədə terroristlərlə atışmada 3 polis şəhid oldu

Aktual

22 İyul 2016, 10:10

Türkiyənin Diyarbakır şəhərinin Ergani rayonunda PKK terror təşkilatına qarşı keçirilən anti-terror əməliyyatında 3 polis şəhid olub, 1 polis yaralanıb.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

 

Əməliyyat Diyarbakır Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi və Ergani Polis İdarəsinin əməkdaşları tərəfindən  rayon mərkəzində PKK-lı terrorçuların "hüceyrə evi" kimi istifadə etdiyi ünvanda baş tutub.

Uzun sürən silahlı atışmada terrorçuların açdığı ilk atəşdə iki polis şəhid olub, iki polis yaralanıb. Daha sonra isə polislərin qarşılıq verməsi nəticəsində bir terrorçu da zərərsizləşdirilib.

 

Ergani dövlət xəstəxanasına aparılan yaralı iki polisdən biri həkimlərinə səyinə baxmayaraq baxmayaraq şəhid oldu.

 

Hazırda Ergani rayonunda evlərin boşaldılması və anti-terror əməliyyatı davam edir.

 

Ağa AKİFOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar