Modern.az

Andlı məhkəmələr HAQDA: “Qurana and içən azərbaycanlıya inanmaram”

Andlı məhkəmələr HAQDA: “Qurana and içən azərbaycanlıya inanmaram”

Ölkə

22 İyul 2016, 10:48

Bu gün dünyanın bir çox xristian ölkələrində, ABŞ-da, Avropanın bir çox dövlətlərinin məhkəmə hüquq sistemlərində andlı məhkəmələr var.

 

Bu andlı məhkəmələrdə ifadə verən şahidlər, ittiham olunanlar, təqsirkar və zərərçəkən şəxslər müqəddəs “İncilə” əl basaraq məhkəmə düzgün çıxış edəcəyinə, ifadə verəcəyinə and içirlər.

 

Bəs görəsən hələ də nəyə görə, müsəlman ölkələrində, o cümlədən Azərbaycanın məhkəmə hüququ sistemində belə andlı məhkəmələr tətbiq edilmir?

Axı niyə Azərbaycan insanı, vətəndaşı müqəddəs Qurana məhkəmədə əl basaraq and içə bilməz?

 

Tanınmış hüquqşünas Aslan İsmayılov andlı məhkəmələrimn Azərbaycanda tətbiq olunması ilə bağlı Modern.az-a danışıb.

Hüquqşünas bildirib ki, bu gün Azərbaycan məhkəmə hüquq sistemində andlılar məhkəməsi anlayışı var, amma tətbiq olunmur:

andlılar məhkəməsi Azərbaycan məhkəmə hüquq sistemi qanunvericiliyində var. Sadəcə olaraq bu hələ də tətbiq olunmur.

Hesab edirəm ki, hələ müsəlman dünyasında andlılar məhkəməsinin işləməsi heç cürə mümkün deyil.  Bunun işləməsi ümumi, əhalinin  xalqın real şəkildə hüquqi maariflənməsi lazımdır”.

 

Aslan İsmayılov deyib ki, yalnız qanunların ali olduğu cəmiyyətlərdə Andlılar Məhkəməsi işləyə bilər.

 

Hüquqşünas inanmır ki, Azərbaycanda kimsə məhkəmədə Qurana əl basaraq an içərək düzgün ifadə versin:

“İnsanlar bilməlidir ki, qanun hər şeydən üstündür. O cəmiyyətdə ki, qanunlar ali olacaqdır orada da andlılar məhkəməsi real işləyə biləcək.

Bizdə o qədər müqəddəs Qurana yalandan and içənlər var ki...Şəxsən mən Azərbaycanda əlini Qurana basıb and içən şəxsə inanmaram. İnsanın içində qanunlara və onların aliliyinə hörmət olmalıdır.

Qanunun aliliyinə hörmət insanın daxilində gəlməlidir. İnsanlar nə zaman biləcəklər ki, qanun qohumdan, qardaşdan dostdan, yaxından, qonşudan irəlidir bax o zaman andlılar məhkəməsi Azərbaycanda işləyə bilər.

Yoxsa bizdə mövcud olan “bu onun tanışıdır”, “dostudur”, “qohumudur”, “filankəsidir” prinsipi ilə heç vaxt andlılar məhkəməsi real hüquqi və işlək mexanizmi salına bilməz”.

 

Aslan İsmayılov  Azərbaycanda xeyli sayda “hacı” titulu alıb qanunu pozan vəzifəli şəxslərin olduğunu söyləyib.

 

Hüquqşünas düşünür ki, Azərbaycanda real qanunçuluğa əməl olunmasa andlı məhkəmələrin tətbiq olunması mümkün deyil:

“Bu günə qədər Azərbaycanda Qurana yalandan o qədər vəzifəli şəxslər and içiblər ki... Həcc ziyarətinə gedib gəlib hacı olan polis rəisləri, prokurorlar, məhkəmə hakimləri var ki, özləri qanunları əzib tapdalayırlar.

Belə adamlar necə andlı məhkəmələr apara bilərlər?! Qanunçuluğa hörmət yaratmasaq və hüquqi maarifçilik olmasa Azərbaycanda andlı  məhkəmələrin tətbiq olunması mümkün deyil.

 Düzdür xristian ölkələrində də andlılar məhkəməsi birdən birə qurulmayıb. Xristian ölkələrində də o qədər xaç yürüşləri, qanunsuzluqlar, xristianlığa çirkab atanlar olub ki..

Amma Azərbaycan cəmiyyəti hüquqa, qanunlara yanaşmanı düşüncədə və reallıqda dəyişməsə andlı məhkəmələrin tətbiq olunması mümkünsüzdür”- deyə hüquqşünas fikirlərini tamamlayıb.

 

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu