Modern.az

Azərbaycanda Türkiyədəki şəhidlərə görə cənazə namazı qılınacaq

Azərbaycanda Türkiyədəki şəhidlərə görə cənazə namazı qılınacaq

22 İyul 2016, 10:55

 

Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısını alan zaman şəhid olanların xatirəsinə Azərbaycanın bütün məscidlərində qaibanə cənazə namazı qılınacaq.

 

 

Report-un xəbərinə görə, bunu Qaxda vətəndaşlarla görüşündə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib. 

 

O bildirib ki, bununla bağlı Azərbaycanın bütün məscidlərinə tapşırıq verilib:

 

"Bu gün cümə namazından sonra ölkədəki bütün məscidlərdə Türkiyədə dövlət çevrilişinin qarşısını alan zaman həlak olan şəhidlərin xatirəsi anılacaq, onların qaibanə cənazə namazı qılınacaq, ruhlarına dua oxunacaq". 

 

Modern.az

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir