Modern.az

Gəncədə yataq otağından 1.5 metrlik ilan ÇIXDI

Gəncədə yataq otağından 1.5 metrlik ilan ÇIXDI

22 İyul 2016, 13:00

Gəncənin Məhsəti qəsəbəsində fərdi yaşayış evindən ilan çıxıb.

Evin sakini Arifə İsmayılova Trend-ə bildirib ki, dünən yataq otağına daxil olarkən orada 1,5 metr uzunluğunda ilan görüb:

 

 "Yataq otağında həşəratlardan qorunmaq üçün döşəməyə xüsusi yapışdırıcı vasitə tökülmüşdü. İlan həmin yapışdırıcıya yapışıb. Ancaq buna baxmayaraq, o ölməmişdi. Bundan sonra ilanı öldürdük”.

 

Qeyd edək ki, Gəncədə yaşayış evlərindən ilanın çıxması çox nadir hadisədir.

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir