Modern.az

 “700 balı BANM-a görə toplamışam”

 “700 balı BANM-a görə toplamışam”

Aktual

22 İyul 2016, 13:14

İyunun 15-də keçirilən imtahanda I ixtisas qrupu üzrə təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verərək maksimum nəticə - 700 bal toplayan Sultanlı Nadir Faiq oğlu Bakı şəhəri “Ankara məktəbi” məktəb-liseyini bitirib.

 

7-cı sinfə qədər Heydər Əliyev adına liseydə təhsil alıb.

 

Orta məktəb illərində yaxşı oxuyub, əlaçı olub. Sonuncu sınaq imtahanlarında 680-690 bal toplayan Nadir Sultanlı qəbul imtahanında da yüksək nəticə əldə edib.

 

- Nadir, niyə birinci qrup ixtisasları üzrə hazırlaşmışdın?

- Texniki fənnlərə marağım böyük olduğu üçün həmişə bu qrup üzrə olan fənnləri yaxşı oxuyurdum. Düşünürdüm ki, mən bu sahələrdə uğur qazanacam. Düzdür, ailəm mənim başqa istiqamətə, digər ixtisas qruplarına marağımın olmasını, xüsusən maliyyə, bank işi kimi ixtisaslara meylləndirmək istəyirdi. Lakin mən 10-cu sinifdə oxuyandan artıq BANM-də təhsil almaq haqqında fikrimi dəqiqləşdirdim.

 

- Bəs bu yüksək balı topladığını biləndə hansı hissləri keçirdin?

- İmtahandan çıxanda təxminən bilirdim ki, 700 balı toplamışam. Amma cavabları köçürəndə səhv də edə bilərdim, hər şey ola bilərdi. Tam 700 bal topladığımı dəqiq öyrənəndə çox sevindim. Xəbəri mənə atam verdi. Həmin vaxt dostlarımla bir yerdə idim, onlar da mənim uğuruma sevindilər. Valideynlərimi sevindirmək və daha yaxşı nəticə göstərməyim mənim üçün vacib idi, ona görə də çox sevindim.

 

- Bildirmisən ki, Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisası üzrə təhsil almaq istəyirsən...

- Bəli, Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisası üzrə təhsil almaq niyyətindəyəm. 700 balı BANM-ə görə toplamışam.

 

- Bəs özünü gələcəkdə kimya mühəndisi kimi görürsənmi? Səncə, bunu bacaracaqsan?

- Bəli, məncə, bunu bacararam, çünki bu sahəyə meylim çoxdur. Mənim nənəm də kimya üzrə mütəxəssisdir, onun da mənim bu sahəni sevməyimdə rolu var. Seçdiyin peşəni sevmək, işini sevə-sevə bacarmaq, fikrimcə, daha yaxşıdır. Düşünürəm ki, bu Ali Məktəbdə uğur qazana biləcəm. Əminəm ki, mən BANM-in uğurlu və nailiyyətli tələbələrindən biri olacam.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!