Modern.az

Sabahın hava PROQNOZU – Yağış yağacaq, şimşək çağacaq

Sabahın hava PROQNOZU – Yağış yağacaq, şimşək çağacaq

Aktual

22 İyul 2016, 13:29

Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq.

 

Modern.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, iyulun 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Arabir güclənən şimal-qərb küləyi axşama doğru mülayimləşəcək. Havanın temperaturu gecə 22-26° isti, gündüz 28-33° isti olacağı gözlənilir. Bakıda gecə 23-25° isti, gündüz 30-32° isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % təşkil edəcək.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23°, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24°, Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında əsasən bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-35° isti, dağlarda gecə 15-20° isti, gündüz 20-25° isti olacağı gözlənilir.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır