Modern.az

Sarkisyan hökuməti istefaya göndərmək istəyir

Sarkisyan hökuməti istefaya göndərmək istəyir

22 İyul 2016, 13:34

Ermənistan rəhbərliyi son günlər ölkədə baş verən hadisələrlə əlaqədar yaranan vəziyyətdən çıxmaq üçün yollar axtarır.

 

Virtualaz.org Ermənistanın “Aykakan jamanak” qəzetinə istinadən bildirir ki, variantlardan biri kimi, Nazirlər Kabinetinin istefaya göndərilməsi nəzərdən keçirilir. Baxmayaraq ki, qiyamçılar prezident Serj Sarkisyanın özünün istefasını tələb edirlər.

 

Xəbərdə qeyd edilir ki, Jirayir Sefilyan, qiyamçılar və ölkə rəhbərliyi arasında aparılan danışıqlar zamanı vəziyyətdən çıxış yolu kimi bəyanat verilib.

 

Tərəflərin razılığa gələcəyi və hökumətin, bir sıra güc struktur rəhbərlərinin, məsələn, Ermənistanın polis rəisi Vladimir Qasparyanın istefaya gedəcəyi istisna edilmir.

 

Prezident Serj Sarkisyan isə yeni islahatlar haqqında vədləri ilə kifayətlənəcək. Yeri gəlmişkən, qiyamçılar və Sefilyan Dağlıq Qarabağ nizamlanması ətrafında son tendensiyalardan narazı qaldığından, bu kontekstdə Sarkisyanın ərazi güzəştinə gedilməyəcəyinə dair bəyanat səsləndirəcəyi istisna edilmir.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır