Modern.az

Öldürdüyü qonşularının qalıqlarını kanalizasiyaya tökdü

Öldürdüyü qonşularının qalıqlarını kanalizasiyaya tökdü

22 İyul 2016, 13:44

Sankt-Peterburqun Mədəniyyət prospektindəki yaşayış evinin kanalizasiyasında iki nəfərin qalıqlarının tapılması ilə bağlı cinayət işi qaldırılıb.

 

Modern.az Rusiya mediasına istinadən bildirir ki, şübhəli şəxs kimi öldürülənlərin qonşusu saxlanılıb.

 

Cinayət barədə kanalizasiya xəttinin tutulmasına görə bina sakinlərinin çağırdığı sanitar texniki məlumat verib.

 

O, polisə deyib ki, borunu təmizləyərkən insan bədəninin hissələrinə oxşar bioloji qalıqlar aşkar edib.

 

Hüquq-mühafizə orqanlarının əməkdaşları qətlin hansı mənzildə törədiuldiyini müəyyən ediblər.

 

Onun sahibi, 64 yaşlı kişi saxlanılıb və sonrakı araşdırma üçün bölməyə gətirilib.

 

Məlum olub ki, öldürülənlər kommunal mənzildə yaşayıblar.

 

Mərhum ərlə-arvad asosial həyat tərzi keçiriblər. Növbəti içki məclisində qonşu kişinin səbri daşıb və onların hər ikisini öldürüb.

 

Sonradan meyitləri hissələrə parçlayıb kanalizasiyaya atıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır