Modern.az

Çevriliş cəhdi “sirr küpü”nün başında ÇATLAYIR

Çevriliş cəhdi “sirr küpü”nün başında ÇATLAYIR

22 İyul 2016, 13:59

 

Türkiyədə 15 iyuldakı hərbi çevriliş cəhdindən sonra prezident Rəcəb Tayyib Ərdoğanın açıqlamalarında ölkə kəşfiyyatını (Milli İstihbarat Təşkilatı) hədəfə alan məqamlar yer alır.

 

Ərdoğan “Reuters”ə müsahibəsində bildirib ki, çevriliş xəbərini qaynından alıb və bu zaman nə qədər cəhd etsə də, MİT rəhbəri Hakan Fidanla əlaqə saxlaya bilməyib. O vurğulayıb ki, hakimiyyəti devirməyə cəhd edilməsi Türkiyənin baş kəşfiyyat orqanında boşluqların, çatışmazlıqların olduğunu üzə çıxarıb.

 

Modern.az saytı “Cumhuriyyet” nəşrinə istinadən xəbər verir ki, prezident bununla, 2012-ci ildə “sirr küpü” dediyi Hakan Fidanı hədəfə gətirib.

 

Qəzet yazıb ki, Hakan Fidanın idarəçiliyində olan MİT bütün tənqidlər qarşısında hakim ədalət və İnkişaf Partiyasının (AKP) müdafiə xəttini təşkil edən ən sağlam qurum idi.

 

Qeyd edək ki, Türkiyə tərəfi hərbi çevrilişə cəhdin Fətullah Gülən şəbəkəsinə məxsus “paralel hökumət” tərəfindən edildiyini bildirib. ABŞ-da yaşayan Fətullah Gülən isə iddiaları rədd edir.

 

Çevrilişə cəhd zamanı 246 nəfər ölüb, 2 mindən çox insan isə yaralanıb.

 

Aparılan əməliyyatlar zamanı Fətullah Gülənə bağlı olduğu bildirilən, müxtəlif vəzifələrdə çalışan 60 mindən çox insan işindən qovulub.

 

Aqşin KƏRİMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?