Modern.az

Qiyama cəhd zamanı Ərdoğanın qaldığı otelin sahibi DANIŞDI: “Təklifimə qəzəbləndi”

Qiyama cəhd zamanı Ərdoğanın qaldığı otelin sahibi DANIŞDI: “Təklifimə qəzəbləndi”

22 İyul 2016, 14:30

Türkiyədə 15 iyulda hərbçilərin hakimiyyəti devirməyə cəhd etməsi ərəfəsində prezident Rəcəb Tayyib Ərdoğanın Marmarisdə qaldığı otelin sahibi Serkan Yazıcı həmin gün olanlardan danışıb.

Modern.az “Daily Sabah”a istinadən xəbər verir ki, Serkan Yazıcı hərbçilərin oteli mühasirəyə almamışdan 15 dəqiqə qabaq Ərdoğanın oteli tərk edə bilib.

Otel sahibi Ərdoğana Yunan Adalarına getmək təklifi etdiyini və bunun Ərdoğan tərəfindən qəzəblə qarşılandığını bildirib:

 

“Mən təklif etdim ki, Yunan Adalarına getsin. Lakin, onun bundan qanı qaraldı və dedi: “Mən Yunan Adalarında nə edəcəyəm? Mən sizdən soruşuram, İstanbula necə gedə bilərəm””,-deyə o nəql edib.

 

Qeyd edək ki, Türkiyə tərəfi hərbi çevrilişə cəhdin Fətullah Gülən şəbəkəsinə məxsus “paralel hökumət” tərəfindən edildiyini bildirib. ABŞ-da yaşayan Fətullah Gülən isə iddiaları rədd edir.

 

Çevrilişə cəhd zamanı 246 nəfər ölüb, 2 mindən çox insan isə yaralanıb.

 

Aparılan əməliyyatlar zamanı Fətullah Gülənə bağlı olduğu bildirilən, müxtəlif vəzifələrdə çalışan 60 mindən çox insan işindən qovulub.

 

Bununla əlaqədar ölkə ərazisində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

 

Aqşin KƏRİMOV

 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi