Modern.az

Çevriliş etmək istəyənlərin məhkəməsi bu yerdə keçiriləcək

Çevriliş etmək istəyənlərin məhkəməsi bu yerdə keçiriləcək

Aktual

22 İyul 2016, 14:34

“Həbs olunanların məhkəmə proseslərinin keçirilməsi çox  böyük salonlara ehtiyac var. Ona görə məhkəmə prosesləri üçün Sincan rayonunu seçdik”.

 

Modern.az-ın Türkiyə KİV-nə istinadən xəbərinə görə, bu sözləri Türkiyənin Ədliyyə Naziri Bekir Bozdağ deyib.

 

Nazir bildirib ki, məhkəmə prosesləri uzun çəkəcək.

 

“Məhkəmə prosesləri uzun müddət davam edə bilər. Çünki istəmirik ki, günahsızlar da mühakimə olunsun və qurunun oduna yaş da yansın. Bunun qarşısını isə yalnız məhkəmə ala bilər.

Mən məhkəmə sistemimizin ədalətli qərar qəbul  edəcəyinə və günahsızların cəza almaması üçün əlindən gələni əsirgəməyəcəyinə inanıram".

 

Ağa AKİFOĞLU

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar