Modern.az

Milli Məclisin ən gənc komitə rəhbərinə deputat və jurnalistdən TƏBRİK

Milli Məclisin ən gənc komitə rəhbərinə deputat və jurnalistdən TƏBRİK

Aktual

22 İyul 2016, 14:52

Bu gün Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradovun ad günüdür. Millət vəkili 37 yaşını qeyd edir.

 

Fuad Muradov Azərbaycan parlamentinin tarixinə ən gənc millət vəkili və ən gənc komitə sədri kimi düşüb. Fuad Muradovun ad günü Azərbaycanda Milli Mətbuatın yaranması gününə təsadüf edir.

Deputat Rövşən Rzayev Modern.az-a bildirib ki, Fuad Muradov uzun illər Azərbaycan gənclər təşkilatlarına rəhbərlik edib.

“Bunu çox böyük uğurla həyata keçirib. Bu gün çox təcrübəli, bilikli, vətənpərvər və fəaliyyətində uğurlar qazanmış millət vəkilidir. Fuad Muradov Azərbaycan parlamentinin tarixinə ən gənc deputat və ən gənc komitə sədri kimi düşüb. Eyni zamanda, Fuad Muradov hər zaman öz seçiciləri ilə sıx təmasda və əlaqədə olan deputatdır. Fuad Muradovu dostu kimi ad günü münasibəti ilə təbrik edirəm, can sağlığı, uzun ömür, həyatı və fəaliyyətində uğurlar arzu edirəm. Fuad Muradovun bacarığını ölkə başçısı, cənab Prezident İlham Əliyev də yüksək dəyərləndirib.

 

O, Milli Məclisin tarixində ən gənc komitə sədridir. Mənim onun mövqeyinə heç bir şübhəm yoxdur. Fuad Muradov daima ulu öndər Heydər Əliyevin siyasətini dəstəkləyib və bu gün də cənab prezident İlham Əliyevin siyasətini dəstəkləyir. Bu onun ən uğurlu yoludur. Mən Fuad Muradovu yaxşı deputat sayıram. Çünki tez-tez seçiciləri ilə görüşür, onların problemlərini parlament tribunasından səsləndirir və seçicilərinin üzləşdikləri çətinliklərin həlli üçün təkliflərlə çıxış edir”.

 

Jurnalist İmdad Əlizadə: “Fuad Muradov həm də jurnalistlərin dostudur. O, mətbuat nümayəndələri ilə daimi ünsiyyətdə olur, onların problemlərinə diqqətlə yanaşır, qayğı göstərir. Fuad Muradov dəfələrlə jurnalistlərlə bağlı təşəbbüslə çıxış edib, mətbuat nümayəndələri üçün layihələr həyata keçirb. Bu layihələr jurnalistlər üçün faydalı olub.

 

Çox xoş bir təsadüfdür ki, Fuad Muradovun doğum günü jurnalistlər üçün gözəl tarix olan 22 iyula - Milli Mətbuat gününə düşür. Həmin gün Fuad Muradov bizi, biz də onu təbrik edirik. Fuad Muradovu doğum günü münasibətilə təbrik edirəm. Ona uzun ömür, can sağlığı, işlərində uğurlar arzulayıram”.

 

Ağa Akifoğlu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?