Modern.az

Azərbaycanlı diaspor lideri 3 sui-qəsddən necə sağ qurtuldu?  - TƏFƏRRÜAT

Azərbaycanlı diaspor lideri 3 sui-qəsddən necə sağ qurtuldu?  - TƏFƏRRÜAT

22 İyul 2016, 14:57

“Ümumrusiya Azərbaycanlıları Konqresi” nin Ulyanovsk vilayəti üzrə sədri İslam Hüseynova sui-qəsd edən şəxslərdən sonuncusu Azərbaycanda yaxalanıb.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, həmin şəxs beynəlxalq axtarışa verilmişdi.

 

Sui-qəsd cəhdi 2012-ci ilin sentyabrında Ulyanovsk şəhərinin mərkəzində yerləşən Ümumrusiya Azərbaycanlıları Konqresinin binasında baş vermişdi.

 

2 silahlı şəxs 43 yaşlı mühafizəçi İqor Beznosyuka yaxınlaşaraq İslam Hüseynovla görüşmək istədiklərini bildirmişdi. Onlardan biri guya ürək xəstəliyindən əziyyət çəkdiyini və diaspora liderindən maliyyə yardımı almaq istədiyini bəhanə etmişdi.

 

Mühafizəçi onları içəri buraxdıqdan sonra, həmin şəxslər üzərlərində gizlətdikləri səsboğucu tapança ilə mühafizəçi İqor Beznosyuku öldürmüş, İslam Hüseynova isə başında xəsarət yetirmişdilər.

 

Hadisədən sonra xəstəxanaya yerləşdirilən azərbaycanlı diaspor lideri sui-qəsdin ona külli miqdarda borcu olan Ulyanovsk sakini tərəfindən təşkil edildiyini açıqlamışdı.

 

Buna qədər, İslam Hüseynov daha 2 dəfə muzdlu qatillərin hücumundan sağ çıxmışdı.

 

İlk sui-qəsd cəhdi 2009-cu ildə baş vermişdi. 3 dəfə məhkum olunmuş İjevsk sakini ətrafına 7 nəfərdən ibarət dəstə yaradaraq 3 ay ərzində İslam Hüseynovu izləməyə başlamışdı.

 

Killerlərdən biri diaspor liderinin Ulyanovskun mərkəzində yerləşən mənzilinin qabağında dayanaraq əlindəki gül buketində səsboğucu tapançanı gizlədərək potensial qurbanını gözləyib.

 

Bu zaman yaxınlaşmaqda olan maşını görərək onun içindən çıxan kişi və qadını güllələmişdi. Sonradan atəşə məruz qalan şəxslərin gömrük mayoru və onun xanımı olması üzə çıxmışdı. Xoşbəxtlikdən 8 güllə yarası alan mayor və 3 güllə yarası alan xanımı sui-qəsd zamanı sağ qalmışdı.

 

Növbəti sui-qəsd cəhdi i il sonra Ulyanpvskun Karl Libnext küçsənidə baş vermişdi. 

 

Avtomobili atəşə tutulan İslam Hüseynov cəld hərəkət edərək arxa oturacağa keçmiş və polis çağıraraq canını qurtarmışdı.

 

Dəstə üzvləri qısa müddətdə Ulyanovsk və Udmurtiyada saxlanılıb.

 

Hazırda Rusiya İstintaq Komitəsi sonuncu sui-qəsddə iştirak edən killerin Azərbaycandan Ulyanovska ekstradisiya olunması üçün sənəd hazırlayır.

 

 

Vüqar İSMAYILOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı