Modern.az

Türkiyədə axtarışda olan polkovnik intihar etmək istədi

Türkiyədə axtarışda olan polkovnik intihar etmək istədi

22 İyul 2016, 15:22

Bu gün yerli vaxtla saat 09:30 radələrində İstanbulun Boğaziçi körpüsü üzərində bir insanın intihar cəhdi səbəbindən Avropa tərəfdən Anadolu tərəfə keçiddə nəqliyyatın hərəkətində sıxlıq yaşanıb.

 

Modern.az Türkiyə mediasına istinadən bildirir ki, intihara cəhd göstərən şəxsin polkovnik B.Ç. olduğu öyrənilib.

 

Məlumatda qeyd edilir ki, hadisə yerinə çox sayda polis dəstəsi sövq edilib.

 

Polisin intihara cəhd edən şəxsi inandırmağa cəhdləri davam edərkən nəqliyyat sıxlığı baş verib.

 

İntihar niyyətində olan adamın Kuleli Hərbi Məktəbində vəzifəli qərargah polkovniki B.Ç. Olduğu öyrənilib.

 

Polislər intihar təşəbbüsündə olan polkovniki 1,5 saat boyunca fikrindən daşındırmağa çalışıblar.

 

Sonda polkovnik razı olub və oradan uzaqlaşdırılıb.

 

Haqqında dövlət çevrilişi cəhdi səbəbiylə yaxalama qərarı olduğu bildirilən B.Ç. saxlanılıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir