Modern.az

Yunanıstan qiyamçılara sığınacaq verəcək?

Yunanıstan qiyamçılara sığınacaq verəcək?

22 İyul 2016, 15:59

Türkiyədə dövlət çevrilişinə cəhddən sonra Yunanıstana qaçan 8 hərbçi Afinada həbsxanalardan birinə gətirilib.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Türkiyə KİV-i məlumat yayıb. 

 

Hərbiçilərin həbsxanaya aparılmasına əsas səbəb həyatlarının təhlükə qarşısında olmasıdır. göstərilib. 

 

İyulun 26-da qiyamçı hərbçilərin Yunanıstan hökumətindən siyasi sığınacaq tələbinə də baxılacaq. 

 

Xatırladaq ki, bu hərbçilər iyulun 16-da səhər saatlarında "Sikorsky" modelli hərbi helikopterlə Yunanıstanın Dedeağaç hava limanına eniblər. Onların rütbələri sökülüb. 

 

Yunanıstan hökumətindən siyasi sığınacaq istəyən qiyamçılar iyulun 21-də Dedeağac məhkəməsində hakim qarşısına çıxarılıblar.

 

Onlar Yunanıstana qanunsuz yolla daxil olmaqda təqsirləndirilərək iki ay azadlıqdan məhrum ediliblər.

 

Daha sonra qiyamçı hərbçilər Kavala həbsxanasına aparılıblar. Onlardan ikisi mayor, dördü kapitan, ikisi isə gizirdir.

 

Türkiyə isə Yunanıstandan qiyamçı hərbçilərin ekstradisiyasını tələb edir. 

 

Ağa AKİFOĞLU

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir