Modern.az

“Nikoil” Bankın rəhbəri DƏYİŞDİ

“Nikoil” Bankın rəhbəri DƏYİŞDİ

Aktual

22 İyul 2016, 17:29

Bu gün 4 bankın lisenziyasının ləğv edilməsi ilə yanaşı, digər banklarda da yeniliklər davam edib. Belə ki, bu gün “Nikoil” Bankın İdarə Heyətinin rəhbərliyində dəyişiklik olub. 2005-ci ildən banka rəhbərlik edən Vasiliy Xamaza sədr vəzifəsindən gedib.

 

Bankdan Modern.az-a verilən məlumata görə, bu vəzifədə onu Nikoloz Şurgaia əvəzləyib.

 

"Nikoil Bank"ın İdarə Heyətinini yeni sədri 20 illik bank təcrübəsinə malikdir. Fəaliyyəti müddətində Azərbaycan, Belarus, Gürcüstan, Rusiya və Böyük Britaniyada maliyyə sektorunda çalışan N.Şurgaia hazırda Belarus və Gürcüstanda bir neçə bankın, həmçinin Gürcüstan Fond Birjasının Müşahidə Şuralarının üzvüdür.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı