Modern.az

Polşadakı diaspor təşkilatı Mətbuat Günü jurnalistlərlə görüşdü

Polşadakı diaspor təşkilatı Mətbuat Günü jurnalistlərlə görüşdü

22 İyul 2016, 20:46

Polşada Azərbaycanın əsas və aparıcı diaspor təşkilatı olan “Polşada Azərbaycanlı Gənclər Şurasının” (Azerbaijani Youth Council in Poland ) 22 iyul Milli Mətbuat Günü ilə əlaqədar olaraq Bakıda Azərbaycan jurnalistləri ilə görüşü keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə ölkənin aparıcı media qurumlarından jurnalistlər, ictimaiyyət nümayəndələri, AMEA-nın diaspora sahəsi üzrə araşdırmaçı mütəxəssisi və digər qonaqlar iştirak ediblər.

 

Milli Mətbuat Günü münasibəti ilə keçirilən tədbirdə “Polşada Azərbaycanlı Gənclər Şurası” (Azerbaijani Youth Council in Poland ) jurnalistlərlə görüş zamanı diaspora təşkilatı Bakıda Azərbaycan jurnalistləri ilə daha yaxından tanış olub.

 

Tədbiri giriş sözü ilə açan “Polşada Azərbaycanlı Gənclər Şurasının” sədri Nail Əhməd, Polşada diaspor sahəsində gördükləri işləri ildən ilə irəlilədiyi xüsusi qeyd edib.

 

Daha sonra tədbir iştirakçıları Nail Əhməd, AMEA-nın diaspora sahəsi üzrə araşdırmaçı mütəxəssisi Yəhya Babanlı çıxış edərək Azərbaycan jurnalistlərini Milli Mətbuat Günü münasibət ilə təbrik ediblər.

 

Çıxış edənlər Polşada Azərbaycan diasporunun fəaliyyətindən, ölkənin lobbiçik və həmrəylik işinə verdiyi töhfəsini vurğulayıblar.

 

Tədbir iştirakçıları Polşada Azərbaycanlı Gənclər Şurasının bundan sonara Azərbaycan mətbuatı və jurnalistləri ilə daha da yaxından işləyəcəklərini arzu ediblər. Sonda tədbirə gələn qonaqlarla xatirə şəkili çəkilib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi