Modern.az

Ərdoğan Milli Kəşfiyyat Təşkilatının rəhbəri ilə çevrilişi müzakirə etdi

Ərdoğan Milli Kəşfiyyat Təşkilatının rəhbəri ilə çevrilişi müzakirə etdi

22 İyul 2016, 20:29

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan arasında qapalı görüş keçirilib. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 18:55-də Beştepedəki Prezident Sarayında başlayıb.

Qeyd edək ki, bu, Türkiyədə dövlətə çevrilişinə cəhddən sonra tərəflər arasında baş tutan ilk görüşdür. Görüşün təfərrüatı ilə bağlı hələlik məlumat verilmir.

Onu da vurğulayaq ki, 15 iyul günü saat 16:00-da MİT Baş Qərargahı hərbi çevrilişin olacağı barədə xəbərdar edib. Ərdoğan isə açıqlamasında çevriliş barədə xəbəri qayınından aldığını bəyan edib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu