Modern.az

Prezidentin Mühafizə Alayında əməliyyat: 283 hərbçi saxlanılıb

Prezidentin Mühafizə Alayında əməliyyat: 283 hərbçi saxlanılıb

22 İyul 2016, 21:13

Türkiyə Prezident Administrasiyası Mühafizə Alayında əməliyyat keçirilib. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat nəticəsində 283 hərbçi saxlanılıb. Onların arasında Türkiyə dövlət televiziyasında (TRT 1) aparıcıya bildirişi oxutduran hərbçilər də var. Saxlanılan şəxslər Ankara Şəhər Polis İdarəsində sorğu-sual edildikdən sonra məhkəməyə çıxarılacaq. Əməliyyatın Ankara Prokurorluğunun təlimatı ilə Fətullahçı terror təşkilatının (FETÖ) uğursuz dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində həyata keçirilib.

Bu arada Türkiyədə dövlət çevrilişinə cəhddən sonra təxminən 11 min vətəndaşın pasportu ləğv olunub. Həmçinin, iyulun 18-də türkiyəli məmurlara ölkəni tərk etməyə qadağa qoyulub. Xüsusi göstərişlərə qədər dövlət işçilərinin məzuniyyətə buraxılması da dayandırılıb.

 

Qeyd edək ki, iyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhd olub. Nəticədə 246 nəfər həlak olub, 2 185 nəfər yaralanıb. Dövlət çevrilişi cəhdinə görə 10 607 nəfər saxlanılıb, 4 496 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?