Modern.az

Səfirimiz Pakistanın neft və təbii ehtiyatlar naziri ilə görüşüb

Səfirimiz Pakistanın neft və təbii ehtiyatlar naziri ilə görüşüb

22 İyul 2016, 21:53

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə, Pakistan-Azərbaycan Birgə Hökümətlərarası Komissiyanın həmsədri, bu ölkənin neft və təbii ehtiyatlar naziri Şahid Xaqan Abbasi ilə görüşüb.

Azərbaycanın Pakistandakı səfirliyindən Modern.az saytına verilən məlumata görə, görüşdə Azərbaycan-Pakistan münasibətlərinin hazırkı vəziyyəti, hər iki ölkənin bir-birinə göstərdiyi qarşılıqlı dəstək qeyd olunub

Eyni zamanda iki ölkə arasındakı ticarət dövriyyəsinin daha da yüksəlməsinə səylərin göstərilməsi, birgə hökümətlərarası komissiyanın iclaslarının hər iki ildən bir təşkil olunması, qarşılıqlı səfərlərin həyata keçirilməsi, müqavilə-hüquq bazasının artırılması istiqamətində müzakirələr aparılıb.

İki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyəsindən bəhs edən nazir Ş.X.Abbasi Bakıya edilən səfərlərini xatırlayıb, bir çox ölkələrə səfər etdiyini, lakin Azərbaycanın son illər ərzində sürətlə inkişaf etdiyinin daha çox şahidi olduğunu bildirib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir