Modern.az

"Xalqın seçdiyi iqtidara bundan sonra diktator deməsinlər"

"Xalqın seçdiyi iqtidara bundan sonra diktator deməsinlər"

22 İyul 2016, 23:15

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinə (TBMM) gəlib. Modern.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkə başçısını TBMM sədri İsmayıl Qəhrəman qarşılayıb. Qarşılanma mərasimində bir sıra rəsmi şəxslər iştirak ediblər.

 

Ərdoğan TBMM sədri ilə görüşündən sonra Fətullahçı Terrorçu Təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdi zamanı parlament binasının bombalanan hissələrinə baxıb. Bundan sonra prezident deputatlar qarşısında çıxış edib.

“Türkiyədə dövlət çevrilişinə cəhd zamanı edilənlərin Türkiyə Cümhuriyyətinin əsgəri olması mümkün deyil. Bunlar şübhəsiz ki, terrorçulardır. İyulun 16-a keçən gecə ölkədə hərbi yolla dövlət çevrilişinə cəhd edən şəxsləri Fətullah Gülən idarə edib. Bunların Pensilvaniyadakı idarəediciləri ordan özünə görə meydan oxuyur. Bir tərəfdən də qaçıb oradakı sığınacaqlarında görüşdükləri şəxslərlə birlikdə buranı izləməyə başladılar. Allaha şükür olsun ki, gözlədikləri nəticəni əldə edə bilmədilər. Mən millətimə bu çağırışı edirəm: - ikinci bir təlimata qədər bu meydanları əsla tərk etməyin. Bu, elə bir virusdur ki, metastaz verib. Heç gözləmədiyimiz yerdən təkrar zərbə endirə bilər. Amma biz bunu minimuma endirmək durumundayıq" –, deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

Türkiyə prezidenti bildirib ki, çəkilmiş fotolar bütün dünyaya yayılacaq: "Xalqın seçdiyi iqtidara bundan sonra diktator deməsinlər. Xalq bu hadisələrdə dünyaya örnək olub. Mən millətimi çox yaxşı tanıdığımı zənn edirəm. Mənim millətim bu hadisədə dünyaya bir örnəkdir. Mənim millətim tankların qarşısında dik dayanmış, uşağıyla, qadınıyla, kişisiylə şəhidliyə doğru addımlayıblar. Bu, çox önəmli idi".

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir