Modern.az

Münhendə fövqəladə vəziyyət elan edilib

Münhendə fövqəladə vəziyyət elan edilib

22 İyul 2016, 23:38

Münhendə “Olympia” ticarət mərkəzində atəş açan silahlıların axtarışı davam edir. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, xüsusi əməliyyata hərbi helikopterlər cəlb edilib.

Münhenin mərkəzi dəmiryol vağzalı bağlanıb. Polis əhalini evlərindən çıxmamağa çağırıb. Rəsmi məlumata görə, silahlı insident nəticəsində 1 nəfər ölüb, KİV-lər isə 6 nəfərin öldüyünü bildirir.

 

Münhenin “Olympia” ticarət mərkəzində silahlı insident baş verib. İlkin məlumata görə, bir və yaxud bir neçə silahlı ticarət mərkəzinə daxil olaraq ətrafa atəş açıb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi