Modern.az

Tarix İnstitutuna mətbuat katibi təyin olunub

Tarix İnstitutuna mətbuat katibi təyin olunub

Aktual

22 İyul 2016, 23:58

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın 13 iyul tarixli iclasının qərarına əsasən “İctimaiyyətlə əlaqələr” şöbəsi yaradılıb. Modern.az saytı xəbər verir ki, Elmi Şurada yeni şöbənin tərkibi təsdiq olunub və vəzifələri müəyyənləşdirilib. İnstitut üzrə verilmiş müvafiq əmrə əsasən, institutun mətbuat xidmətinin rəhbəri Nazim Xəlilov yeni şöbəyə rəhbərlik edəcək.

Qərara alınıb ki, Tarix İnstitutundakı yeniliklər və görülən bütün işlər bu şöbə vasitəsi ilə ictimaiyyətə çatdırılacaq. Tarix İnstitutu ilə KİV arasında əlaqələndirici olacaq bu şöbə mətbuat ilə əməkdaşlığı həyata keçirəcək.

“İctimaiyyətlə əlaqələr” şöbəsinin yaradılması Tarix İnstitutunda mətbuat xidmətinin imkanlarının genişlənməsinə, KİV ilə əməkdaşlığın daha da inkişafına imkan yaradacaqdır. Bu şöbə televiziyalar, qəzetlər, informasiya agentlikləri, xəbər saytları və digər mətbuat orqanları ilə əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayacaqdır.

Qeyd edək ki, Tarix İnstitutunda “İctimaiyyətlə əlaqələr” şöbəsi AMEA-nın Rəyasət Heyətinin qərarına əsasən yaradılıb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı