Modern.az

Kolbasa sexləri rayonlardan leş yığır

Kolbasa sexləri rayonlardan leş yığır

23 İyul 2016, 00:26

“Respblikamızın Aran rayonlarında dabaq xəstəliyi yenidən artıb. Bərdə rayonunda xeyli heyvan xəstəlikdən tələf olub. Ölmüş heyvanlar isə əhalidən toplanılaraq aparılır. Deyilənə görə onları kolbasa sexlərinə verirlər”. Modern.az saytı xəbər verir ki, bu barədə redaksiyamıza Bərdə rayonundan olan oxucumuz məlumat verib.

Məlumata görə, Bərdə rayonu ilə yanaşı Goranboy rayonunda da mal-qara arasında dabaq xəstəliyi yayılıb.

Qeyd edək ki, bir müddət öncə də bir sıra bölgələrdə dabaq xəstəliyinin artması ilə bağlı xəbər  yayılmışdı. Həmin vaxt Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) 2016-cı il ərzində respublikada iri və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirləri aparıldığını açıqlamışdı.

Gecə saatları olduğundan məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən münasibət öyrənə bilmədik. Mövzunu diqqətdə saxlayacayıq.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir