Modern.az

 Türkiyədə “fətullahçı”larla əlaqəli 2000-dən artıq məktəb və müəssisə BAĞLANDI

 Türkiyədə “fətullahçı”larla əlaqəli 2000-dən artıq məktəb və müəssisə BAĞLANDI

Aktual

23 İyul 2016, 10:19

Türkiyədə 1043 özəl təhsil müəssisəsi bağlanıb.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki,  ölkədə elan olunan fövqəladə vəziyyət çərçivəsində bağlanan müəssisələr arasında 1043 özək məktəb, 1229 dərnək, 35 səhiyyə müəssisəsi, 19 həmkarlar təşkilatı və s. var.

 

Fövqəladə vəziyyət çərçivəsində şübhəlilərin saxlanılma müddəti 30 günədək artırılıb. 

 

Bundan əvvəl həmin müddət 48 saat idi.

 

Bağlanan müəssisələrin ABŞ-da yaşayan və Ankaranın hərbi çevrilişin təşkilində ittiahm etdiyi Fətullah Gülənlə əlaqədə olduğu bildirilir.

 

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd olub.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi