Modern.az

İŞİD-in hakerləri "Rəvan Sığorta"nın saytına hücum edib

İŞİD-in hakerləri "Rəvan Sığorta"nın saytına hücum edib

23 İyul 2016, 10:50

 

Hakerlər Azərbaycanın “Rəvan Sığorta” ASC-nin rəsmi veb-saytını dağıdıblar.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, sayta hücum edənlər İŞİD terror təşkilatını təmsil etdiklərini bildiriblər.

 

Dünya və Azərbaycan xalqına mesaj göndərən terrorçular saytda həm də Suriya hadisələrini özündə əks etdirən video yerləşdiriblər.

 

Terrorçular Qərbin alyansı ilə əlaqələrini kəsməyən ölkələrdə sonsuz müharibələrin olacağını və qan çaylarının axacağını bildiriblər.

 

Xatırladaq ki, bir müddət əvvəl özlərini İŞİD terror təşkilatına aid edən hakerlər “Amrahbank” ASC-nin də saytını dağıtmışdılar.

 

Vüqar İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir