Modern.az

Lənkəranda yol qəzası: 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb

Lənkəranda yol qəzası: 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb

23 İyul 2016, 11:42

Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə Ələt-Astara magistralında qeydə alınıb.

 

Rusiya Federasiyasına məxsus VAZ-21099  markalı minik avtomobili ""Ford" markalı avtomobillə toqquşub.

 

Güclü zərbədən "VAZ -21099"-un sürücüsü, rayonun Xanbulan kənd sakini, 1958-ci il təvəllüdlü Abdullayev Fikrət Məhərrəm oğlu və sərnişini olan həmkəndlisi, 1948-ci il təvəllüdlü Dövlətov İmran Ağacan oğlu aldıqları xəsarətlərdən hadisə yerində dünyasını dəyişiblər.

 

Minik avtomobilinin digər sərnişini, rayonun Xanbulan kənd sakini, 1948-ci il təvəllüdlü Xanəli İnətullayev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır