Modern.az

Azərbaycanda 2 nəfər suda boğuldu, 1 nəfər xilas olundu

Azərbaycanda 2 nəfər suda boğuldu, 1 nəfər xilas olundu

23 İyul 2016, 11:51

Ötən gün Azərbaycanda 2 nəfər suda boğulub.

 

Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Şəmkir rayon sakini Rəşad Hüseynov Düyərli kəndində ehtiyatsızlıqdan suvarma üçün nəzərdə tutulmuş su hovuzuna düşərək boğulub.

 

Digər ölüm faktı isə Mingəçevirdə qeydə alınıb. Yardımlı rayon sakini Kamran Xurşudlu Mingəçevir su anbarında çimərkən boğulub.

 

 Sumqayıt şəhərinin Novxanı dəniz çimərliyində isə Abşeron rayon sakini Günay Surxayeva intihar məqsədilə özünü dənizə atıb.

 

G.Surxayeva polis əməkdaşları tərəfindən xilas edilib.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir