Modern.az

Azərbaycan şirkətindən İŞİD-lə bağlı AÇIQLAMA

Azərbaycan şirkətindən İŞİD-lə bağlı AÇIQLAMA

23 İyul 2016, 12:10

“Hazırda saytın bərpa olunması istiqamətində işlər aparılır”.

 

Bu haqda Modern.az saytına “Rəvan Sığorta” ASC-nin müştəri xidmətinin əməkdaşı bildirib.

 

O qeyd edib ki, haker hücumu gecə saatlarında baş verib:

"Şənbə və bazar günləri şirkət işləmir. Amma dünən normal iş rejimində işləmişik, heç bir problem olmayıb. Saytımıza və digər saytlara daxil ola bilirdik”.

 

Qurum rəsmisi deyib ki, aidiyyatı şöbə problemi aradan qaldırdıqdan sonra geniş açıqlama veriləcək.

 

Hakerlər Azərbaycanda “Rəvan Sığorta” ASC-nin rəsmi veb-saytını dağıdıblar.

 

Sayta hücum edənlər İŞİD terror təşkilatını təmsil etdiklərini bildiriblər.

 

Dünya və Azərbaycan xalqına mesaj göndərən terrorçular saytda həm də Suriya hadisələrini özündə əks etdirən video yerləşdiriblər.

 

Terrorçular Qərbin alyansı ilə əlaqələrini kəsməyən ölkələrdə sonsuz müharibələrin olacağını və qan çaylarının axacağını bildiriblər.

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub