Modern.az

Baytarlıq Xidməti TƏKZİB etdi

Baytarlıq Xidməti TƏKZİB etdi

23 İyul 2016, 12:08

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Bərdə və Goranboyda mal-qara arasında dabaq xəstəliyi yayılmasını təkzib edir. Xatırladaq ki, Goranboydan olan oxucu Modern.az saytına bu rayonda mal-qara arasında dabaq xəstəliyi yayılması ilə bağlı məlumat verib. O çox sayda leşin kolbasa sexlərinə verildiyini də qeyd edib.

Qurumun mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli Modern.az-a açıqlamasında deyib ki, məlumat həqiqəti əks etdirmir:

 

“Bir müddət əvvəl də belə şayiələr yayılmışdı. Biz Qubada, Bərdədə araşdırmalar apardıq. Hələ bu şayiələr yayıldığı vaxt Quba və Bərdədəki heyvanlardan götürülən nümunələrdə dabaq aşkarlanmadı. Qubada tələf olan heyvandan götürülən nümunələrdə gənələr vasitəsilə keçən qan parazitar xəstəliyi olduğu bilindi".

 

Y.Xanvəlinin sözlərinə görə, əgər heyvanlar tələf olubsa belə, buna səbəb dabaq xəstəliyi deyil:

 

 

“Qışda və 1 ay əvvəl ölkə üzrə vaksinasiya tədbirlərinə start verdik. Buna görə də iri və xırdabuynuzlu heyvanlar arasında ekzotik vəziyyət sabitdir. Sizə verilən məlumatların heç bir əsası yoxdur. Mən rayonun baytarlıq idarələrilə də əlaqə saxlamışam. Onlar faktı təsdiq etmir. İndiki halda da sözügedən ərazidə araşdırma aparmağa hazırıq. Bir məsələ də var ki, heyvan tələf olan kimi insanlar onun dabaqdan öldüyünü düşünür. Amma mal-qaranın tələf olmasına səbəb olan digər xəstəlikləri unudurlar”.

 

Leşlərin kolbasa sexlərinə verilməsinə gəlincə, qurum rəsmisi bu barədə məlumatlı olmadığını deyib:

 

“Bunun şahidi olanların bizimlə əlaqə saxlamasını rica edirik. Çünki, bizə müraciət olmadan məlumatı araşdıra bilmirik”.

 

Gülşən RAUFQIZI

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi