Modern.az

Yerevandakı silahlı dəstə üzvləri 2 girovu azad edib

Yerevandakı silahlı dəstə üzvləri 2 girovu azad edib

Dünya

23 İyul 2016, 12:24

Yerevanda post-patrul alayının binasını ələ keçirmiş silahlı dəstə üzvləri ilə Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Georgi Kutoyan arasında razılıq əldə olunub.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, razılığa əsasən, girov saxlanılan 2 nəfər heç bir şərt irəli sürülmədən azad edilib.

 

Bundan başqa, binanın yaxınlığındakı neytral ərazidə mətbuat mərkəzi və tibb məntəqəsinin yaradılması qarşılığında daha 2 polis məmuru azadf olunacaq.

 

“Yalınz bundan sonra biz generalı və polkovniki azad edirik”- deyə silahlılar bildirib.

 

Danışıqlar Qarabağdan gəlmiş general Vitali Balasanyanın vasitəçiliyi ilə baş tutub.

 

Vüqar İsmaylıov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür