Modern.az

Bakıdakı şirkətlərin birindən oğurluq edən 3 iranlı saxlanıldı

Bakıdakı şirkətlərin birindən oğurluq edən 3 iranlı saxlanıldı

23 İyul 2016, 12:32

Nəsimi rayonu ərazisindəki turizm şirkətlərindən birindən 1800 manat pul oğurlanıb.

 

Bu haqda Daxili İşlər Nazirliyinin ( DİN) mətbuat xidmətindən Modern.az saytına verilən məlumatda bildirilib.

 

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb.

 

İran vətəndaşları Mostafa Oadsahah Jalalinejad, Minoo Gholamrasoul Ahmadi və qardaşı Fahmeh tutulub.

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir