Modern.az

Çevriliş cəhdinə görə tutulan 1200 əsgər buraxıldı

Çevriliş cəhdinə görə tutulan 1200 əsgər buraxıldı

23 İyul 2016, 12:44

Türkiyə prokurorluğu dövlət çevrişinə cəhdə görə saxlanılan 1200 əsgərin azadlığa buraxılması haqda qərar verib.

Modern.az xarici KİV-ə istinadən bildirir ki, iyulun 15-də hərbi üsyançılar Türkiyə hakimiyyətini devirmək üçün bir sıra binanı ələ keçiriblər.

 

Qarşıdurmalar zamanı prezident Rəcəb Tayyib Ərdoğana loyal hərbçilər dövlət çevrilişinə cəhdin qarşısını alıb.

Hərbi toqquşmalar nəticəsində 300-ə yaxın adam həlak olub, onların arasında 100-ə yaxın üsyançı da var.

 

Dövlət çevrilişinə cəhd ordu sıralarında, o cümlədən məhkəmə sistemində çoxsaylı həbslərəsəbəb olub.

 Bu gün isə araşdırtma nəticəsində üsyanda iştiraklarına görə şübhəli bilinərək saxlanılan 1200 əsgərin azadlığa buraxılması haqda qərar verilib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir