Modern.az

Ağdamın qara damları...

Ağdamın qara damları...

23 İyul 2016, 13:08

Məhsəti Şərif

 

Atılan toplar şəhərı elə İstanbul qədər gurultulu etmişdi. Bazar “Çarşı bazarı”ydı. Çay evi viran olmuş, Ağdam beynindən darbə almışdı. İstanbulda oturub Agdamı baglaştırmaq acı olsa da indi Agdama Qarabagın İstanbulu kimi baxıram.Əsrarəngiz gözəlliyi, nagıl kimi şəhər...Hardan başlayıb yazacaqdım? Mən də İstanbuldan başladım. Yurdsuz yuvasızlıq alın yazım olmuş zatən.  Neçə ildi yazıram.   İşgaldan yazmaq? Sənin olan bir yurddan xatirə yazmaq? Mənim Ağdam nagılım, ag damları olan yurdum...Ətirli üzümü, bəmbəyaz pambıgı olan məmləkətim. Yadellilərin işgalında sızla indi...Indi sənin gözəlliyindən, mədəniyyətindən, zəngin duruşundan yazmaq sanki ölən bir insana yaxşı insandı rəhmətlik demək kimi gəlir mənə. Çünkü üstündə dolaşan şəhid ruhlarının göz yaşları tökülür üstümə. Bunu mən hiss edirəm, yaşların agırlıgı  ah naləylə içimə tökülür...


...Tək təsəllim köhnə şəkillərdi. Amma evimizdə Ağdamdan gələn bir albom yoxdu. Çünkü atam bizi evdən çıxaranda "iki günə qayıdacagıq, üstünüzə bir sey alın bəsdi" dedi. O üzdən internetdə Ağdam yazıb şəkillər axtarıram. Önümə çıxan bir şəkil içimi parçaladı. Agdam məscidinin içində inəklər gəzir.  Ağdam məscidi…Sovetlər birliyi dini qadağan etdiyi dövrlərdə də bir gün də olsun, qapılarını ondan mərhəmət və kömək diləyən bəndələrinin üzünə bağlamadı. Əzan səsi əksil olmadı...
Şəkili baglayıram.Biz axı bu qədər dözümlü deyidik! Ağdamın insanı həm də səbrsizdi. Bu illəri yurdsuz necə dayandıq?Bir neçə ildə belə davam edərsə artıq yurd həsrətiylə yanan oımayacaq.Biz məzara getdikcə yeni nəsil,  paytaxt usaqlarının yurd anlayışı qalmayacaq.


Niyə də olmasın. Minlərdə ağdamlı uşağının doğum şəhadətnaməsinə Bərdə, Yevlax, Ağcabədi, Fin çadır şəhərciyi, Bakı, Gəncə, Sumqayıt, filan yerin yataqxanası yazılmayıbmı?  Onlar üçün Ağdam bizim yazdıgımız onlarınsa sona qədər oxumadıqları yazılardadı. Birdə o vaxtdan qalan atalarının təkrar təkrar anlatdıqlarında. Onlar üçün Şahbulaq, Ablal-Gülablı kəhrizi yoxdur, Qiyaslı, Bağbanlar, Novruzlu bağları, Mərzili örüşləri, Şellinin narı, əzgili, İmarət, Qarağacı qəbiristanlığı, Çörək muzeyi, “Dostluq” kino-teatrı, onun önündəki dondurma "butkası", Ağdamın məşhur bazarı yoxdur! Görmədikləri yeri təsvir etsən nəyə yarar?  Işgal tarixlərini bu minvalla, nisgillə, başqa ölkələrdə baş berən terror olayları ilə yola veririk. Bir iki xatirə, şəhidlərə rəhmət diləyirik və qaçqın adı üstümüzdə yeni işgal tarixini gözləyirik. Bəzi olayları zamana buraxırıq, tarix həll edir. Amma işgalın tarixi olmur, zamanı dolur. Hər keçən zamanda isə biz bir dəfə daha məglub oluruq.

 

 

Külü çıxmış elimizə fotolardan baxa baxa qalırıq.  Əminəm tarix bizi bagışlamayacaq, yurdu görməyənlər şəhid olacaq, o qanlar bizə haram olacaq. Əminəm nə Agdamda şəhid olan 6 min igid bizi bagışlaycaq, nədə atəşkəs şəhidləri. Biz haram halımlzla bu dünyadan köç edəcəyik. Ağdamın ag damları qaralacaq, solacaq və yox olacaq. Mən insallah gələn ili Ağdamda keçirərik nə vədlərinə inanmıram, nə də arzularına. Mən sonuncu ölən ümid olmaq istəmirəm. Ağdamın, ag damlarını yenidən qurmaq istəyirəm.Ağdamda yaşaya bilmədim, amma Ağdamda ölmək istəyirəm.Bunu nə mənə (bizə)  nə də ağdamsız doğulan körpələrə çox görməyin. Biz ölək, analar yeni bizlər doğacaq. Amma Ağdam bir daha dogulmayacaq!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir