Modern.az

İlham Əliyev Angela Merkelə başsağlığı verdi

İlham Əliyev Angela Merkelə başsağlığı verdi

23 İyul 2016, 14:48

Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelə başsağlığı verib.

 

Modern.az xəbər verir ki, başsağlığı Münhen şəhərində 10 nəfərin ölümü, 21 nəfərin yaralanması ilə nəticələnən faciədən dolayı verilib.

 

Başsağlığında deyilir: “Hörmətli xanım Federal Kansler, Münxendə ticarət mərkəzinə silahlı hücum nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri məni olduqca kədərləndirdi.

 

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Almaniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi