Modern.az

Tanınmış azərbaycanlı ekstrasens “Facebook” və “Odnaklassniki”ni məhkəməyə verdi

Tanınmış azərbaycanlı ekstrasens “Facebook” və “Odnaklassniki”ni məhkəməyə verdi

23 İyul 2016, 16:32

Tanınmış ekstrasens, “Ekstrasenslərin döyüşü” şousu mövsümünün 6-cı finalçısı Ziəddin Rzayev “Vkontakte”, “Facebook” və “Odnoklassniki” sosial şəbəkələrinin cəzalandırılması tələbi ilə iddia qaldırıb.

 

Modern.az xarici KİV-ə istinadən bildirir ki,  şəfavericinin sözlərinə görə, internet-platformalarda çoxsaylı fırıldaqçılar dolaşır, onun adından Facebook akkauntları işə salır və “ekstrasens xidmətinə” görə onlara inanan adamlardan pul yığırlar.

“Fırıdaqçılar sosial şəbəkələrdə mənim adımdan səhifə yaradır, abunəçiləri dolayırlar və insanlara kömək təklif edirlər. Onlara inanan insanlar pullarını səpələyirlər. Sonra incik qalan adamlar mənə zəng edib deyirlər ki, pul ödəyiblər, həyatları isə həmişəki kimi pisdir, heç nə kömək etmir. Mən onlara izah edirəm ki, sosial şəbəkələrdə yoxam və heç kimə orada xidmətimi heç vaxt təklif etməmişəm”, - Rzayev vurğulayıb

 

Son zamanlar situasiya gərginləşib.

Ekstrasensin telefonuna hər gün aldadılmış adamlardan onlarla zəng gəlir.

Təkcə son bir ayda fırıldaqçılar Zirəddinin adından istifadə edərək 100 min rubldan çox pul qazanıblar.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir